Bütün beynəlxalq alətlərdən istifadə edərək öz ərazi bütövlüyümüzü bərpa etdik

Bütün beynəlxalq alətlərdən istifadə edərək öz ərazi bütövlüyümüzü bərpa etdik"BMT ilə bizim fəal qarşılıqlı əlaqəmiz Ermənistanın təcavüzü nəticəsində başlamışdır və 1993-cü ildə Təhlükəsizlik Şurasının məşhur qətnamələri qəbul olunmuşdur. Bu, çox müsbət addım idi, erməni təcavüzünə toxunularaq bizə dəstəyin çox ümidverici bir jesti idi. Bizim beynəlxalq səviyyədə tanınan ərazilərimizdən erməni qoşunlarının dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələbi Təhlükəsizlik Şurasının çox mühüm siyasi bir jesti idi".
Azxeber.com-un xəbərinə görə, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edərkən deyib.
"Lakin, əfsuslar olsun ki, bu qətnamələr icra olunmamışdır və sizin də yəqin bildiyiniz kimi, Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin olmaması məsələsini mən şəxsən dəfələrlə qaldırmışam. Bəzi hallarda qətnamələr qısa müddət ərzində icra olunur, lakin bizə gəldikdə onlar beynəlxalq iştirakçılar tərəfindən ümumiyyətlə icra olunmamışdır. Xüsusilə bizi narahat edən və Azərbaycan cəmiyyətinin anlamaqda çətinlik çəkdiyi məsələ o idi ki, bu qətnamələri qəbul edənlər, Təhlükəsizlik Şurasının daimi üzvü olan beş ölkədən üçü ATƏT-in Minsk qrupuna həmsədr olan və hələ də həmsədrlik edən ölkələrdir. Onlar özləri bu qətnamələri qəbul etmişdir. Bu qətnamələrin həyata keçirilməsinə imkan yaratmaq üçün onların mandatı var idi. Lakin, əfsuslar olsun ki, 28 il ərzində Minsk qrupu çox imkanları əldən verib. Bir çox hallarda mən Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi məsələsini qaldırmışdım. Çünki, düşünürdüm ki, bu, toqquşmanın, müharibənin qarşısının alınması üçün bir yol ola bilərdi. Biz məsələni sülh yolu ilə həll etmək istəyirdik. Ötən il, müharibədən cəmi bir neçə gün əvvəl, Baş Assambleyada çıxış edərkən mən beynəlxalq birliyi xəbərdar edərək, Ermənistanın müharibəyə hazırlaşdığını dedim. Bu təbliğat deyildi, Ermənistanın müharibədən əvvəlki aylar ərzində davranışının real təhlilin nəticəsi idi. Əfsuslar olsun ki, mən haqlı çıxdım. Ona görə də, əgər Ermənistana qarşı vaxtında sanksiyalar tətbiq edilsəydi, əgər Minsk qrupunun həmsədrləri, dünyanın üç aparıcı ölkəsi potensialının 5 faizini Ermənistanı öz işğalçı qüvvələrini geri çəkməyə inandırmağa və ya məcbur etməyə istifadə etsəydi, müharibə baş verməzdi. Odur ki, müharibəyə görə məsuliyyət yalnız Ermənistanın üzərində deyil, həmçinin onu beynəlxalq hüquqa riayət etməyə məcbur edə bilməyən və ya bunu etmək istəməyənlərin üzərinə düşür. Nəticədə Azərbaycan bu qətnamələri beynəlxalq hüququn normaları çərçivəsində özü həyata keçirdi. Biz ədaləti, beynəlxalq hüququn normalarını bərpa etdik. Biz Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrini özümüz yerinə yetirdik. Biz BMT-nin Nizamnaməsini rəhbər tutaraq hərəkət etdik. 51-ci maddə hər bir ölkənin özünümüdafiə hüququnu tanıyır. Beləliklə, biz bütün beynəlxalq alətlərdən istifadə edərək, öz ərazi bütövlüyümüzü bərpa etdik", - dövlət başçısı bildirib.

Siyasi       Tarix: 24 avqust 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəlib

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini iyulun 13-də Azərbaycana rəsmi səfərə gəlib. xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxr

Prezidentlər işğal dövründə güllələnmiş büstlərə baxdılar

İyulun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Şuşada Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründ

Ankarada tarixi NATO sammiti: Türkiyənin rolu daha da artır

Ankarada NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə Alyansın 36-cı Zirvə Toplantısı keçirilir. İki gün davam edəcək sammitdə kollektiv müdafiənin gücləndirilməsi, müdafiə xərclərinin artırılması, Ukraynay

Bu gün Azərbaycan-ABŞ münasibətləri çox əladır - Prezident

ABŞ ilə Azərbaycan arasındakı münasibətlərə gəldikdə, bu münasibətlər çox əladır, hətta deyərdim ki, strateji tərəfdaşlıq səviyyəsinə qaldırılıb. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunu

İlham Əliyev: Bizi istəməyən qüvvələrlə mübarizəmiz daimi olacaq

Prezident İlham Əliyev Azərbaycanı istəməyən qüvvələrin heç vaxt əl çəkməyəcəyini deyib və bu mübarizənin daimi olacağını bəyan edib. Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidə

Son 80 ildə Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq Qələbə qazanmayıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında dövlət başçısının Xocavəndin Quzeyxırman kəndində sakinlərlə görüşündə 44 günlük Vətən Müharibəsi ilə bağlı çıxışını əks etdirən video paylaşılıb. xəbər verir ki, videod

Cənubi Qafqazda yeni oyun: Zəngəzur dəhlizinin taleyi həll olunur

Yaxın Şərqdə gərginliyin artması, İran ətrafında baş verən son proseslər və regionda dəyişən geosiyasi balans Zəngəzur dəhlizinin gələcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Bəzi ekspertlər hesab edirlər ki

İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 10-da Maliyyə Tədbirləri üzrə İşçi Qrupu və Çirkli Pulların Yuyulmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Mübarizə Tədbirlərinin Qiymətləndirilməsi üzr

Nə dincəlməyə, nə də bayram etməyə vaxtımız oldu

Xoşbəxtlikdən Azərbaycanın nə mövcud, nə də potensial daxili riskləri yoxdur. APA-ya istinadla xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib. "Xoşbəxtlikdən Azərbaycanın nə mövcud


son xeberler azerbaycan xeberleri yeni xeberler bu gune olan xeberler kriminal xankendi gunun xeberleri