Bütün dünya etiraf edir ki, biz COP29-u ən yüksək səviyyədə təşkil etdik' - Deputat

Bütün dünya etiraf edir ki, biz COP29-u ən yüksək səviyyədə təşkil etdik' - Deputat"Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri Üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının, yəni COP29-un Bakıda keçirilməsi çox tarixi əhəmiyyət kəsb etdi. Biz dünyaya göstərdik ki, Birləşmiş Millətlər Təşkilatı ilə birlikdə məhz ev sahibliyini ən yüksək səviyyədə etdik və bunu bütün dünya etiraf edir. 196 dövlətin və Avropa İttifaqının dəstəyi ilə tədbirin Azərbaycanda keçirməsinə qərar verildi. COP28-dən sonra cəmi 11 ay ərzində hazırlıq işlərinin başa çatması, böyük bir tədbirə ev sahibliyi etmək Azərbaycan dövlətinin, rəhbərinin düzgün qurduğu daxili və xarici siyasətin nəticəsidir. Açılışda 72 min nəfərdən artıq şəxsin qeydiyyatdan keçməsi, 80-dən çox ölkənin rəhbərlik səviyyəsində təmsil olunması bir daha göstərdi ki, tədbirin təşkilatçılığı ən yüksək səviyyədə idi".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, deputat Arzu Nağıyev deyib.
Deputatın fikirlərinə görə, bəzi dövlətlər COP29-un Bakıda keçirilməsini əngəlləmək üçün əllərindən gələni etsələr də buna mane ola bilmədilər:
"Bəzi dövlətlərin COP29-un Bakıda keçirilməsini əngəlləməyə cəhd etməsinə baxmayaraq, təbii ki, tədbir ən yüksək səviyyədə baş tutdu. Həmin dövlətlər öz maraqları üçün bu tədbirin təşkil olunmasına mane olmaq istəyirdilər. Onlar öz məkrli siyasətlərini həyata keçirərək insan haqları, siyasi məhbus bəhanələrini dırnaqarası gündəmə gətirməyə çalışsalar da heç bir cəhd alınmadı. Almaniyanın ciddi pozucu fəaliyyətləri, COP29-u seçkiylə bağlı özünün piarı üzərində qurmaq istəyi də baş tutmadı. İstər Fransa, istər Almaniya istəyirdilər ki, COP29-dan öz xeyirləri üçün nəsə əldə etsinlər. Açılış mərasimində çıxış edən rəhbər şəxslərin çıxışında qeyd edildi ki, bu proseslərə Azərbaycan öndə gedən dövlətlərdən biridir. Qoşulmama Hərəkatının üzvləri, digər dövlətlər birmənalı şəkildə Azərbaycanın bu addımlarını dəstəkləyirdilər. Bunu tədbirin açılışında cənab Prezident İlham Əliyev də söylədi. BMT-nin baş katibi Antoni Quterreş də bu fikirləri səsləndirdi".
Deputat qeyd edib ki, Fransa, Ermənistan və digər bəzi dövlətlərin konfransa qatılmaması Azərbaycan üçün vacib deyildi:
"Tədbirdə məlumdur ki, əsas məqsəd dünyada havanın temperaturunun azaldılmasına çox ciddi dəyişikliklərin əldə edilməsidir. Azərbaycan bu məsələyə daim dəstək verməkdə maraqlı idi və öz marağını bir daha sübuta yetirdi. Fransa, Ermənistan və digər onlara uyğun bəzi dövlətlərin konfransa qatılmaması Azərbaycan üçün vacib deyildi. Baxmayaraq ki, havaya ən çox karbondioksid atan, təbiəti zəhərləyən dövlətlər məhz Fransa, Almanya və digərləridir. Onlar dəfələrlə Avropa İttifaqını Azərbaycanın enerji təhlükəsində təhdidini qarşısına alan dövlət kimi tanıdı, müqavilələr imzaladı. Bu gün təəssüflə qeyd edim ki, özlərini siyasətçi adlandıran bəzi şəxslər bu konfransda iştirak etmədi. Bu da bizim üçün problem deyildi. Əsas o idi ki, BMT-nin ən yüksək səviyyəli tədbiri məhz Azərbaycanda baş tutdu. Azərbaycanın COP29-un sədrliyi ilə inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon dollarıq iqlim maliyyəsini təmin etmək üçün yeni öhdəlik olan Bakı maliyyə məqsədi razılaşmasını elan etdi. Bakı maliyyə məqsədi inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər hər il ən azı 300 milyard dollar və s. səfərbər olunmasına liderlik etmək üçün inkişaf etmiş ölkələrin əsas hədəfini bir daha özündə ehtiva etdi. Bu, məlumdur ki, əvvəlki COP-la müqayisədə 50 milyard dollar artıq deməkdir. Bu gün bütün bəşəriyyət, daha doğrusu bütün dünya Bakıya gələn insanlar Azərbaycanın buna nail ola biləcəyinə şübhə ilə yanaşsalar da, bir daha biz sübut etdik ki, biz nəyə qadirik. Onlar yanıldılar və bir daha başa düşdülər ki, Azərbaycan tək ev sahibliyi deyil, eyni zamanda böyük tədbirlərin təşkilatçılığında da irəlidədir.
Maliyyə məqsədi növbəti onillikdə trilyonlara çevriləcək. Biz inkişaf etməkdə olan ölkələr üçün əsas iqlim maliyyəsi hədəfinin hər üç dəfə artırılmasını təmin etdik və bir sıra qlobal maliyyə strukturlarını həmişəlik dəyişdik. Bununla da dünyanın təhlükəsində təhdid olan, ən ciddi problemdən biri olan gələcək geofondun məhvinə çıxaran böyük bir problemin qarşısını aldıq və buna ciddi səylər göstərdik. Onu da göstərdik ki, cənab Prezident İlham Əliyevin Azərbaycan xalqı ilə birlikdə həyata keçirdiyi daxili və xarici siyasət müstəqil və davamlıdır".
Mikayıl Mirzəzadə

Siyasi       Tarix: 25 noyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən şad xəbər maşın realiti şou en son xeberler sonxeber.az