Bütün səlahiyyətləri alınan 4 banka nə olacaq? - Qanuni İzah

Bütün səlahiyyətləri alınan 4 banka nə olacaq? - Qanuni İzahAzərbaycan Mərkəzi Bankının İdarə Heyətinin bu gün qəbul etdiyi qərarla "Atabank", "AGBank", "NBC Bank" və "Amrah Bank" ASC-lərin bütün sәlahiyyәtlәri, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya verilib.
Bəs müvəqqəti inzibatçı nədir?  
Milli.Az Day.Az-a istinadən xəbər verir ki, "Banklar haqqında" Azərbaycan Respublikasının Qanunua görə, müvəqqəti inzibatçı -  maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təyin edilən, ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası çərçivəsində maliyyə bazarlarına nəzarət orqanının adından bankın idarə olunması üzrə bütün səlahiyyətləri, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətlərini həyata keçirən şəxsdir.
Rezolyusiya - ödəmə qabiliyyətini itirmiş bankın, o cümlədən bank holdinq şirkətinin təxirəsalınmadan və mümkün az məsrəflə maliyyə bazarından kənarlaşdırılması məqsədi ilə maliyyə bazarlarına nəzarət orqanı tərəfindən nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsidir.
Bankın məcmu kapitalının miqdarı maliyyə bazarlarına nəzarət orqanının banklar üçün müəyyən etdiyi məcmu kapitalın minimum miqdarının 25 faizinə və ya onun adekvatlıq əmsalı 3 faizə çatdıqda; Bank hər hansı öhdəliyi üzrə ödənişlərin icrasını təmin edə bilmədikdə və ya icra müddəti bitməkdə olan öhdəliklərinin icrası üçün yetərli miqdarda likvid vəsaitə malik olmadıqda; qanunla müəyyən edilmiş digər əsaslar üzrə ləğv edilməli olduqda, banka müvəqqəti inzibatçının təyin edilməsi barədə qərar qəbul edilir.
O hansı işləri görür?
Müvəqqəti inzibatçı təyin edildiyi gündən sonrakı gündən başlayaraq ən geci 30 təqvim günü müddətində rezolyusiya metodunu, şərtlərini, iqtisadi əsaslandırmasını və müddətlərini özündə əks etdirən tədbirlər planını ödəmə qabiliyyətini itirmiş bankın maliyyə göstəricilərinə əsasən hazırlayıb maliyyə bazarlarına nəzarət orqanına təqdim edir.
Ödəmə qabiliyyətini itirmiş bank ən geci 9 ayadək müddətə müvəqqəti inzibatçı tərəfindən idarə olunur. Bu müddət maliyyə bazarlarına nəzarət orqanı tərəfindən 3 ayadək müddətə uzadıla bilər. Bu müddətdə maliyyə bazarlarına nəzarət orqanı ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası ilə bağlı aşağıdakı tədbirləri həyata keçirir:
- ödəmə qabiliyyətini itirmiş bankın sağlam banka qoşulmasını;
- ödəmə qabiliyyətini itirmiş bankın aktiv və öhdəliklərinin tam və ya qismən alıcı banka köçürülməsini;
- körpü bankın yaradılmasını, ödəmə qabiliyyətini itirmiş bankın sağlam aktivlərinin və öhdəliklərinin körpü banka köçürülməsini və körpü bankın investora satılmasını;
- ödəmə qabiliyyətini itirmiş bankın investora satılmasını;
-  ödəmə qabiliyyətini itirmiş bankın ləğvini.
Müvəqqəti inzibatçı bankın kreditorlarının bankın rezolyusiyası çərçivəsində əldə edəcəyi vəsaitin bankın ləğv ediləcəyi halda əldə edəcəyi vəsaitdən az olmamasını təmin etməlidir.
Müvəqqəti inzibatçının təyin olunduğu gündən bankın idarəetmə orqanları tərəfindən imzalanmış əqdlər və həyata keçirdiyi əməliyyatlar hüquqi qüvvəyə malik olmur və etibarsız hesab olunur. Müvəqqəti inzibatçı bankın bütün idarəetmə orqanlarının səlahiyyətlərini həyata keçirməklə yanaşı, aşağıdakı tədbirləri görür:
-bankın əmlakının və sənədlərinin qorunması üçün tədbirlər görür;
-bankın kreditorlarını və onların qarşısında bankın pul öhdəliklərinin miqdarını müəyyən edir;
- bankın qarşısında olan borcların qaytarılması üçün tədbirlər görür;
- bankın adından müqavilələr və sənədlər imzalayır;
Реклама
- kredit müqavilələri də daxil olmaqla, bankın maraqlarına aşkar şəkildə zidd olan şərtlərlə bağlanılması nəticəsində bankın maliyyə vəziyyətinin pisləşməsinə səbəb olmuş müqavilə öhdəliklərinin icrasından imtina və həmin müqavilələrin ləğvi üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilmiş qaydada tədbirlər görür;
- bankın maliyyə dayanıqlılığına xələl gətirdiyi halda bankın investisiya qoyuluşunu nəzərdə tutan müqavilələrinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilmiş qaydada ləğvi və ya onlara əlavə və dəyişikliklər edilməsi üzrə tədbirlər görür;
- aktivlərin keyfiyyətinin pisləşməsinin qarşısını almaq tələb olunduqda bank tərəfindən verilmiş kreditlərin restrukturizasiyasını (kreditin ödəmə müddətinin uzadılması, faizlərin azaldılması və ya ləğv edilməsi, ümidsiz borcların silinməsi) həyata keçirir;
- bankın fəaliyyətinin auditini və hüquqi sənədlərinin ekspertizasını təşkil edir;
- bankda və onun yaratdığı törəmə hüquqi şəxslərdə işdən azad edilmə, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, aşağı vəzifəyə keçirilmə, müvəqqəti vəzifədən kənarlaşdırma, işçilər arasında vəzifə bölgüsü də daxil olmaqla, əmrlər verir;
- bankın xərclərinin azaldılması istiqamətində tədbirlər görür;
- maliyyə bazarlarına nəzarət orqanının razılığı ilə bankın idarə edilməsinə başqa şəxsləri, o cümlədən bankın inzibatçılarını və əməkdaşlarını cəlb edir;
- mənfəətin bölüşdürülməsini və dividendlərin ödənilməsini dayandırır;
- ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası ilə bağlı tədbirlər planının layihəsini hazırlayıb maliyyə bazarlarına nəzarət orqanına təqdim edir;
- ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası ilə bağlı tədbirlər planının yerinə yetirilməsi üçün işlər görür;
- öz fəaliyyəti və bankın rezolyusiyası ilə bağlı tədbirlər planının icrası barədə ayda bir dəfə maliyyə bazarlarına nəzarət orqanına hesabat verir.
- Bankın maliyyə vəziyyətinin yaxşılaşdırılması, itirilmiş kapitalının bərpası və likvidliyinin təmin edilməsi məqsədi ilə müvəqqəti inzibatçı, həmçinin aşağıdakı səlahiyyətləri həyata keçirir:
- bankın rezolyusiyası ilə bağlı tədbirlər planının hazırlanması çərçivəsində bankın aktivlərinin və öhdəliklərinin həcmini müəyyən edir, yenilənmiş balans hesabatını hazırlayır, məcmu kapitalını yenidən qiymətləndirir və bankın kapital kəsirini müəyyən edir; 
Bankın kapitalının artırılması üçün:
- nizamnamə kapitalındakı payının artırılması müqabilində bankın mühüm iştirak payına malik səhmdarlarına məxsus olan, bankın çatışmayan kapitalı həcmində bankda saxlanılan əmanətlərini nizamnamə kapitalına daxil edir;
- nizamnamə kapitalındakı payının artırılması müqabilində bankın mühüm iştirak payına malik səhmdarlarının banka bilavasitə və ya dolayı olaraq verdiyi subordinasiya borc öhdəliklərini ikinci dərəcəli kapitaldan nizamnamə kapitalına daxil edir;
- bankın yaratdığı törəmə hüquqi şəxslərdəki payını (onun bir hissəsini), mülkiyyətində olan daşınmaz əmlakı və digər aktivləri satır və ya girov qoyur.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 27 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Alimentin artırılması boşanmaların sayına necə təsir edəcək?

2027-ci il yanvarın 1-dən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması təklif olunur. Bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsind

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

"AzerGold" QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub - FOTOLAR

"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 8-ci Beynəlxalq Dağ-Mədən və Metallurgiya Forumu – UIMF 2026-da təmsil olunub. Oktyabrın 27–28-də "Resurslardan qlobal imkanlara doğru" şüarı altınd


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler bu qun son xabar bugunun xeberleri xeberler bugun 2026