Cakuzili parti gənc qızın ayaqlarının amputasiyası ilə nəticələndi - FOTO
Cakuzili parti gənc qızın ayaqlarının amputasiyası ilə nəticələndi - FOTO
İngiltərənin Korrinqem şəhərinin sakini Loren Briqqsin parti əyləncəsi həyatını alt-üst edib. Belə ki, qonaqlıq zamanı cakuzidə vanna qəbul edən gənc qadın ölümcül infeksiyaya yoluxub və ayaqlarından məhrum olub.
Bu barədə "The Sun" xəbər yayıb.
"Həmin gecə mən yatmağa yollanarkən ürəyim bulanırdı. Səhər tezdən isə dostum məni döşəmədə boğulmaq üzrə olarkən tapdı", -deyə qız başına gələnləri danışıb.
Dostu dərhal təcili yardıma zəng edib və Briqqs xəstəxanaya aparılıb. Müayinə zamanı ona meningokok infeksiyası diaqnozu qoyulub.
Gənc qadın iki gün həyat dəstəyi aparatına qoşulub. Fəsadlara görə sağ baldır və ayağı, eləcə də sol ayağının barmaqları təcili amputasiya edilib. Xəstə özünə gəldikdə, həkimlər onun vanna qəbul edərkən ayağında olan kiçik kəsik yolu ilə infeksiyaya yoluxa biləcəyini deyiblər.
Dörd ay xəstəxanada yatan Briqqs hazırda əlil arabasında hərəkət edir və səhhəti ilə əlaqədar işləyə bilmir. Amputasiya onun psixoloji sağlamlığına da təsir edib.
"Həyatım alt-üst oldu. İndi ancaq mümkün qədər normal yaşamaq istəyirəm", - deyə o, bildirib.




Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR