"Caliber" DSX helikopterinin qəzaya uğraması barədə: Hərbi ekspertlərin versiyaları - VİDEO
14 hərbçinin şəhid olması, daha iki hərbçimizin yaralanması ilə nəticələnən Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması hadisəsi Azərbaycan ictimaiyyətində rezonans yaratdı.
Bu barədə "Caliber"in növbəti təhlilində qeyd olunub.
Layihə müəllifləri qeyd edir ki, faciə ilə bağlı rəsmi araşdırmanın nəticələrinin açıqlanmasını gözləməyən konspirologiya sevərlər sosial şəbəkələrdə qəzanın səbəbləri ilə bağlı müxtəlif, o cümlədən hadisədə xarici xüsusi xidmət orqanlarının əlinin olması kimi cəfəng versiyaları irəli sürüblər. Lakin Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin açıqlamasında qeyd olunub ki, helikopter təlimlərdə iştirak üçün Səngəçal aerodromundan havaya qalxıb və Qaraheybət təlim mərkəzinə eniş zamanı qəzaya uğrayıb.
"Caliber" isə öz mənbələrinə əsasən qeyd edib ki, ilkin ehtimala görə qəzaya səbəb əlverişsiz hava şəraiti olub.
"Caliber"in təhlilində həmçinin son illərdə bir çox ölkələrdə, o cümlədən qonşu dövlətlərdə baş vermiş helikopter qəzaları ilə bağlı məlumat da yer alıb.
Ətraflı videoda:
Turlar.az [newsid: 0-123300]

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı