Camaşırları eyvanda qurutmağın zərərləri açıqlandı
Camaşırları eyvanda qurutmağın zərərləri açıqlandı
Eyvanda camaşır qurutmaq səhhətin pozulması ilə nəticələnə bilər.
"İzvestiya"nın məlumatına görə, bunu Rusiyadakı "Həyat məkanının ekologiyası" laboratoriyasının direktoru Anton Yastrebtsev bildirib.
O vurğulayıb ki, bir sıra evlərin mənzərəsi avtomobil yoluna tərəfdir, yaxud da yaxınlığında yerləşir. Bütün bunlar eyvandakı nəm camaşırları toz, his, ağır metal və digər kanserogenləri udan filtrə çevirir.
Həmin hissəciklər yataq örtüklərinə yerləşərsə, bu, sağlamlıq problemlərinə, ağciyərlərin funksiyasının pozulmasına və hətta şişlərin yaranmasına səbəb ola bilər.
"Gündə təqribən səkkiz saat yatırıq. Bütün bu müddətdə yastıq, yataq ağı ilə birbaşa əlaqədə oluruq və bu tozla nəfəs alırıq. Nəticədə, sözügedən zərərli hissəciklər və ağır metallar bədənimizə daxil olur. Bundan sonra hər şey insan orqanizminin nə qədər güclü olmasından və bunun öhdəsindən necə gələcəyindən asılıdır", - deyə, mütəxəssis vurğulayıb.
A.Yastrebtsev ancaq ekoloji cəhətdən təmiz və yaşıl ərazilərdə eyvanda çamaşır qurutmağı məsləhət görüb. /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb