Çavuşoğlu Cavad Zəriflə birgə brifinqdə: "Azərbaycanla üçtərəfli mexanizmlərimiz var" - VİDEO
Çavuşoğlu Cavad Zəriflə birgə brifinqdə: "Azərbaycanla üçtərəfli mexanizmlərimiz var" - VİDEO
"Cənubi Qafqazda atəşkəs mövcuddur və bunun davamlı olmasını istəyirik".
Bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Cavad Zəriflə birgə keçirdiyi mətbuat konfransında çıxışı zamanı deyib.
"Sadəcə istəmək bəs etməz, fayda vermək də gərəkdir. Cənubi Qafqazla bağlı əməkdaşlıq planlaşdırırıq. Qardaşım Cavad Zərif buraya gəlməzdən əvvəl digər ölkələri də ziyarət etdi. Cənubi Qafqazda 3+3 formatında əməkdaşlıq planlaşdırırıq. Cənubi Qafqazda sülh və tərəqqi hər kəsin xeyrinədir. Bu əməkdaşlıqdan ən çox Ermənistan və erməni xalqı faydalanacaq. Ermənistanın bu istiqamətdə konstruktiv addımlar atmasını gözləyirik", - deyə M.Çavuşoğlu qeyd edib.
Türkiyə XİN rəhbəri həmçinin İranla birlikdə planlaşdırılan toplantılar barədə də danışıb.
"İkitərəfli səfərlərimiz olacaq. Astana formatında üçtərəfli zirvə Tehranda olacaq. Azərbaycanla üçtərəfli mexanizmlərimiz var. Bu toplantılar üçün hazırlıqları da bu gün başlatdıq. Fikir mübadiləsi apardıq. Suriyadakı son vəziyyət, eyni zamanda İraq, Körfəz və xüsusən də Cənubi Qafqazdakı hadisələri müzakirə etdik", - deyə M.Çavuşoğlu bildirib.
İran XİN rəhbəri isə öz növbəsində Tehran və Ankara arasında Qafqaz regionunda əməkdaşlığın bölgə xalqı üçün faydalı olacağını vurğulayıb:
"Türkiyə, Azərbaycan və Rusiya prezidentlərinin təklif etdiyi kimi beş ölkəyə ziyarətə başladım. Əslində, hazırda altı ölkə üçün də zəmin hazırlanıb. Biz bu altı bölgənin inkişafı üçün çalışa, fərqli sahələrdə əməkdaşlıq edə bilərik. Ümid edirik ki, bu məsələ həyata keçər".
/oxu.az
f PaylaşKurslar.az kurslar [newsid: 0-123300]

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına