Cəbrayıla köç karvanının yola salınması yeni geopolitik reallıqların təcəssümüdür - Politoloq
"Vətən Müharibəsindən az müddət keçdikdən sonra keçmiş məcburi köçkünlər öz doğma yurd-yuvalarına qayıtmağa başladılar. Bu, dövlətin siyasi iradəsini, prinsipiallığını göstərdi. Cənab Prezident İlham Əliyev tərəfindən "Böyük Qayıdış"a dair dövlət proqramı təsdiq olundu. Bu dövlət proqramında da qeyd olunan bir sıra məsələlər böyük maraqla qarşılandı. Çünki hər şey Azərbaycanın suverenliyinin tam bərpasına yönəlmişdi".
Bu sözləri azxeber.com-a açıqlamasında siyasi şərhçi İlyas Hüseynov ötən gün "Böyük Qayıdış"a dair dövlət proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə - Cəbrayıl şəhərinə yola salınan köç karvanından danışarkən deyib.
Politoloq bildirib ki, Cəbrayıla növbəti köç karvanının yola salınması yeni geopolitik reallıqların təcəssümüdür:
"Ötən ilin sentyabrın 19-20-i tarixlərində lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyimiz tam şəkildə bərpa olundu və Cənab Prezident İlham Əliyev tərəfindən 20 sentyabr tarixi "Dövlət Suverenliyi" günü kimi təsis olundu. Bu, böyük bir tarixi əks etdirir. 44 günlük Vətən Müharibəsində, eləcə də bir günlük antiterror əməliyyatlarında Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirdi. Bunun nəticəsidir ki, biz artıq Qarabağa və Şərqi Zəngəzura köçkünlərimizin qayıdışı prosesini izləyirik, o cümlədən də Cəbrayıla yeni köç karvanının yola salınması yeni geopolitik reallıqların təcəssümüdür.
Xankəndi şəhərində fəaliyyət göstərən Qarabağ Universitetində tələbələrimiz təhsil alır. Bu universitet də tarixi nailiyyət hesab edilə bilər. Onlar bir tərəfdən yeni biliklərlə, elmlə zənginləşirlər, ölkəmizin geniş kadr potensialı üçün etibarlı mənbə rolunda Qarabağ Universiteti çıxış edir. Digər tərəfdən də tələbələrimiz böyük fəxrlə işğaldan azad edilmiş ərazilərdə təhsil alırlar. Bundan əlavə, orta məktəblərdə, bağçalarda da bizim gənc nəsil vətənpərvər ruhda boyüyəcəkdir. Düşünürəm ki, yeni reallıqların çox böyük geopolitik məzmunu var. Azərbaycanın bu gün əsas hədəfi bölgənin təhlükəsizliyinin təmin olunması, sülh müqaviləsinin imzalanması, sərhədlərin müəyyənləşdirilməsi, kommunikasiya xətlərinin açılmasıdır. Hesab edirəm ki, həmin hədəflərə də nail olacayıq".
Mikayıl Mirzəzadə
Yazı Medianın İnkişafı Agentliyinin "işğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış" mövzusunda dərc edilib.

Xidmetler [newsid: 0-123300]

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb