Cəbrayılda qəzaya düşən Binəli Yıldırım xəstəxanadan evə buraxıldı
Azərbaycanda yol qəzası keçirən və Türkiyədə Başakşehir Çam və Sakura Şəhər Xəstəxanasında müalicə alan Ədalət və İnkişaf Partiyasının sədr müavini Binəli Yıldırım evə buraxılıb.
O, xəstəxanadan çıxdıqdan sonra mətbuata açıqlama verib və vətəndaşların, dostların, qohumların duaları sayəsində sağaldığını bildirib.
"Ağır qəza idi. İki qabırğam sınıb. Təəssüf ki, qabırğa sınığı ilə bağlı tədbir görülə bilməz. Bədənin müxtəlif yerlərində əzilmələr var. Bunlar zamanla sağalacaq", - deyə Yıldırım bildirib.
O, ilk müdaxilənin Azərbaycanda edildiyini, sonra Türkiyədə müalicəsinin davam etdiyini xatırladıb.
"Prezidentimizə minnətdarlığımı bildirirəm. Biz yaxşıyıq, bundan sonra müalicəmiz evdə davam edəcək", - deyə B.Yıldırım qeyd edib. / azxeber.com

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü