"Cəhənnəm"ə baxmaq: Varlığı mümkünsüz olan planetin inanılmaz atmosferi araşdırılıb - VİDEO

"Cəhənnəm"ə baxmaq: Varlığı mümkünsüz olan planetin inanılmaz atmosferi araşdırılıb - VİDEO"Cəhənnəm"ə baxmaq: Varlığı mümkünsüz olan planetin inanılmaz atmosferi araşdırılıb - VİDEO
ABŞ-ın Kanzas Universitetinin astronomları varlığı demək olar ki, mümkünsüz görünən bir planeti araşdırıblar. Qeyri-rəsmi olaraq "cəhənnəm" adlandırılan bu planet o qədər istidir ki, sözün əsl mənasında çoxdan buxarlanmalı idi.
Söhbət kəşfi 2020-ci ilin sentyabrında elan edilən "LTT 9779b" ekzoplanetindən gedir. Bu gün o, yeni dünyalar sinfinin – "ultra isti neptun"un yeganə təmsilçisidir.
"LTT 9779b" öz ulduzuna çox yaxındır (göy cismi cəmi 19 saatda onun ətrafında tam bir dövr edir). Astronomların hesablamalarına görə, planetin istiliyi poladın ərimə nöqtəsini aşmalıdır.
Phys.org saytı "Astrophysical Journal Letters"də dərc olunan araşdırmanı təqdim edib.
Mütəxəssislər faz əyrisi metodundan istifadə edərək planetin yaydığı infraqırmızı işığı analiz ediblər. İnfraqırmızı spektrdə planetin atmosferinin isti və soyuq bölgələrini tapmaq olur.
Alimlər "LTT 9779b" üçün günün ən isti vaxtının günorta saatlarında baş verdiyini aşkar ediblər. Planet təxminən iki min dərəcə selsiyə qədər isinir. Sıx buludlar səbəbindən "LTT 9779b" işığının çox hissəsini əks etdirir. Atmosferin yuxarı hissəsində mənimsənilən istilik, yenidən kosmosa infraqırmızı radiasiya kimi yayılır və planetin gecə tərəfinə çox az istilik ötürülür.
O da vurğulanır ki, "LTT 9779b" kimi planetlər sonda atmosferini itirirlər və "Ultra Qısa Dövr planetləri" yaranır.
Tədqiqatçılar hələ də "isti neptun"un necə əmələ gəldiyini tam olaraq izah edə bilmirlər.

"Cəhənnəm"ə baxmaq: Varlığı mümkünsüz olan planetin inanılmaz atmosferi araşdırılıb - VİDEO"Cəhənnəm"ə baxmaq: Varlığı mümkünsüz olan planetin inanılmaz atmosferi araşdırılıb - VİDEO

Maraqlı       Tarix: 28 oktyabr 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO. Məşhur türkiyəli müğənni Kalben Sağdıç barəsində aparılan narkotik işi üzrə istintaq prosesində yeni təfərrüat ortay

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ. 1911-ci ildə Zaqulbada işləyən ailələrin uşaqları üçün sümük-vərəm xəstəlikləri sanatoriyası açılıb. Belə ki, buranı həmin dövrdə yaşayan professo

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu. BMT Baş Assambleyası 25 may tarixinin Ümumdünya Futbol Günü elan olunması barədə qətnamə qəbul edib. Bu barədə beynəlxalq təşkilatın Mətbuat Xidməti məlumat yayıb. Qey

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur. Vyana Tibb Universitetinin (Avstriya) alimləri qidaya duz əlavə etmək, həmçinin duzlu qidaların həddindən artıq istehlakı ilə mədə xərçənginə tutulma riskini

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - FOTO

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - FOTO. Rusiyanın Saxalin vilayətinin Xolmoqor şəhər dairəsində, Leninin abidəsinin təmiri və bərpası işləri zamanı 1970-ci ildə gələcək nəsillərə mesaj kimi qoyulmuş zama

Wolt Market fəaliyyətini genişləndirməklə yanaşı sürət, davamlılıq və əlçatanlıq prinsiplərinə sadiqliyini gücləndirir

"Dark store" formatında fəaliyyət göstərən və sürətlə böyüyən onlayn supermarket şəbəkəsi Wolt Market (WM), keçmiş Nəsimi Bazarı ərazisində yeni mağazasının açılışını elan etməkdən məmnunluq duyur. Bu yeni mağaz

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır. Türkiyədə "112" Təcili Zəng Mərkəzinə edilən qəribə müraciət gündəm olub. Bu barədə mərkəzin zənglərlə bağlı hesabatında məluma

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin


azerbaycan xeberleri son xeberler yeni xeberler havanın temperaturu cebheden xeber meherremlik 2026 xəbərlər.com