Cəlilabadda içməli suyun verilişində problem yaranıb
Cəlilabad şəhəri və rayonun Uzuntəpə kəndində üç gündür ki, içməli suyun verilişində problem yaranıb.
azxeber.com xəbər verir ki, bu barədə "Report"a rayon sakinləri məlumat veriblər.
Onların sözlərinə görə, problem bu ayın 11-də Masallı rayonunun Güllütəpə kəndi ərazisindən keçən, Viləşçay su anbarından Cəlilabada gedən magistral su kəmərində baş vermiş qəza ilə bağlıdır.
Sakinlər, həmçinin bildiriblər ki, qəzadan sonra təmir işləri aparılsa da, sonra yenidən nasazlıq baş verib. Nəticədə suyun verilişi dayandırılıb.
Məsələ ilə bağlı Masallı Rayon İcra Hakimiyyətindən bildirilib ki, 11 iyul tarixində Masallı və Cəlilabad rayonlarının sərhədində, rayonun Güllütəpə ərazisində baş vermiş yanğın nəticəsində təxminən 50 hektara yaxın sahə yanıb, ərazidən keçən böyük diametrli su borusu zədələnib.
"Hadisənin fəsadlarının aradan qaldırılması məqsədilə Masallı və Cəlilabad Su Meliorasiya Sistemlərinin İstismarı İdarələri tərəfindən təxirəsalınmaz tədbirlər görülüb, boru xəttinin bərpası istiqamətində təmir işlərinə başlanılıb", - məlumatda vurğulanıb.
Kurslar.az kurslar [newsid: 0-123300]

ABŞ-ın İrana əsas tələbləri açıqlandı: Razılaşma buna görə baş tutmur
Macarıstan prezident postuna namizəd axtarır - Şahmat ustası imtina etdi
Bakıda "Neftçi"yə 2 qol vuran Vardanyandan açıqlama
Azərbaycan və Moldova sahibkarları arasında B2B görüş keçirildi - FOTOLAR
İran 7 ölkəyə hücumla bağlı xəbərdarlıq etdi
"Dövlət şirkətlərində maaşlar baş nazirin maaşından yüksək ola bilməz" — Macar
Gəncədə iki bacını avtomobil vurdu
Neft bahalaşdı: Brent 96 dolları keçdi
Rusiyalı qapıçı matç zamanı öldü
"Barselona" yeni hücumçu aldı
"Zirə" ilk matçda "Payde"yə məğlub oldu - Konfrans Liqası
Azərbaycan nefti 109 dolları keçdi
Yevlax sakini həmyerlisini qətlə yetirib
Göyçayda piyadanı maşın vurdu