Cəmiyyəti ən çox narahat edən sual - Gündə 5 limit yardım toplayanalara da aid ediləcək?

Cəmiyyəti ən çox narahat edən sual - Gündə 5 limit yardım toplayanalara da aid ediləcək?Xəbər verdiyimiz kimi, avqustun 1-dən qüvvəyə minən qərara əsasən, kart sahibləri artıq gün ərzində 5 dəfə, aylıq isə ümumilikdə 20 min manat həcmində kartdan-karta pul köçürməsi edə biləcəklər.
Xatırladaq ki, son illər sosial şəbəkələr üzərindən xəstə uşaqların müalicəsi və digər yardım ehtiyacları üçün təşkil olunan xeyriyyə kampaniyalarının sayı xeyli artıb. Bir çox vətəndaşlar bu cür aksiyalara kartdan-karta köçürmələr vasitəsilə sürətli və rahat şəkildə dəstək olurlar.
Lakin köçürmələrə tətbiq edilən yeni məhdudiyyətlər xeyriyyə məqsədli ianə toplanışlarının gələcək taleyi ilə bağlı suallar doğurur. Maraqlıdır, yeni qaydalar çərçivəsində xeyriyyə kampaniyalarının çətinliklə üzləşməməsi üçün hər hansı xüsusi mexanizm və ya istisnaların tətbiqi nəzərdə tutulurmu?
Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, yeni qaydalar çərçivəsində müəyyən güzəştlərin olması nəzərdə tutulub:
Cəmiyyəti ən çox narahat edən sual - Gündə 5 limit yardım toplayanalara da aid ediləcək?"Kartdan-karta ödənişlərlə bağlı tətbiq edilən məhdudiyyətlərdə istisnalar və güzəştlər nəzərdə tutulub. O güzəştlərdən biri də risk qrupuna daxil olmayan ödənişlərdir. Əgər nəzərə alsaq ki, söhbət burada gün ərzində beş ödənişin - yəni bir kartdan digər karta ödənişin həyata keçirilməsindən gedir, eyni zamanda, təbii ki, istisnaları da nəzərə alsaq, xüsusən də ianə ilə bağlı ödənişlərin bu istisnalara daxil olması mümkündür".
Vüqar Bayramov qeyd edib ki, ianə köçürmələrinin şəffaflığı bu prosesdə əsas rol oynayır:
"İanələr də risk qrupuna daxildir və bu zaman həmin ödənişin ianə olduğunu təsdiq edən məlumat, praktik olaraq, onu risk qrupuna daxil olmayan ödənişlər kimi qruplaşdırmış olur. Bu da nəticədə həmin ödənişlərin həyata keçirilməsinə imkan yaradır. Bu kontekstdən, təbii ki, bütövlükdə bu istiqamətdə ödənişlərlə bağlı istisnalar və güzəştlərin tətbiq olunması imkan verəcək ki, nəticədə ianə kampaniyalarını əvvəlki formada davam etdirmək mümkün olsun".
Fəridə Əsədzadə / azxeber.com

İqtisadiyyat       Tarix: 04 avqust 2026
f Paylaş

Oxşar xəbərlər

Pensiya və uşaqpulu ilə bağlı gözlənilməz plan – Detallar

İqtisadçı Natiq Cəfərlinin son təklifi diqqət çəkib. O, vətəndaşlar üçün beş maddəlik "rahatlıq planı" açıqlayıb. Buraya quru sərhədlərin açılması, uşaqpulu, bir çox dövlət-hökumət qurumlarının ləğvi, və ya səlahiyyətlərini

Bizon "13 həftə, 13 avtomobil" lotereyasını uğurla yekunlaşdırdı – 13 qalib avtomobilinə qovuşdu

Azərbaycanın aparıcı içki markalarından biri olan "Bizon"un yay mövsümündə həyata keçirdiyi "13 həftə, 13 avtomobil" lotereya kampaniyası başa çatıb. xəbər verir ki, kampaniya çərçivəsində 13 həftə ərzind

Bu şəxslər pensiya ala bilməyəcək

Əmək müqaviləsi ilə çalışan işçilər əmək və gələcək pensiya hüquqlarına sahib olurlar. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Qanunvericiliyə əsasən, işçi ilə işəgötürən arasınd

"Unibank"ın İdarə Heyətində dəyişiklik

"Unibank" KB ASC-nin İdarə Heyətində dəyişiklik olub. İdarə Heyəti sədrinin müavini, İcraçı Direktorun birinci müavini, Baş Əməliyyat inzibatçısı Heybət Qədirov öz ərizəsi əsasında tutduğu vəzifədən ayrılıb. Uniban

Həkim və müəllimlərə Bank Respublika-dan xüsusi fürsət

Bilikləri ilə gələcəyimizi formalaşdıran müəllimlər, sağlamlığımızı etibar etdiyimiz həkimlər – "Bank Respublika"dan sizə özəl fürsət var!. "Bank Respublika", cəmiyyətin inkişafında xüsusi rolu olan həki

Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR

18 sentyabr tarixində Türk Ticarət Mərkəzində Marsol Group-un 30-dan çox partnyoru ilə Türkiyənin iş dünyasını təmsil edən Tüm Etkin Sanayici İş Adamları ve İş Kadınları Federasyonu (TESİAD) nümayəndələri arasında işgüza

Kredit götürənlər bunu mütləq bilməlidir: İşsiz qalanda borc necə ödənilir?

Kreditgötürərkən adətən məbləğə, faiz dərəcəsinə və aylıq ödənişə diqqət edirik. Amma kredit müddəti ərzində gözlənilməz hadisələr də baş verə bilər.İnsan xəstələnə, əmək qabiliyyətini, işini itirə və ya daha ağır həyat hadisəsiil

AccessBank nağd kreditlər üzrə 7%-dək endirim kampaniyasına yenidən start verdi

AccessBank gömrük, vergi, tibb və təhsil sahələrində çalışan şəxslər üçün xüsusinağd kredit kampaniyasınına yenidən start verdiyini elan edir. Kampaniya çərçivəsində uyğun müştərilər 50 00 manatadək nağd krediti daha sərfəl

Tıxacda vaxt itirmək istəməyənlər üçün Biləcəridə yeni mənzil imkanları

Şəhərə rahat çıxış, tam təmirli mənzil və geniş həyət:Biləcəridə ev axtaranlar üçün hansı imkanlar var?. Tıxacda vaxt itirmədən şəhərə rahat çıxmaq, uşaqlarınıməktəbə aparmaq üçün uzağa getməmək və bütün bunları öz yaşayı


azerbaycan xeberleri son xeberler yeni xeberler krimnal xeber axsam.az xeberler xeberler bu qun son xabarlar