Cənab Prezidentin 'harop'la bir fotosu onları yerinə oturtdu' - Deputat İrandan danışdı

"Şanlı qələbəmizdən sonra İranın arzu etmədiyi güclü Azərbaycan artıq Tehranı açıq formada hərəkətə gətirdi".
Bu sözləri Azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. O, bildirib ki, bir ildə dəyişən reallıq göstərdi ki, İranın xisləti dəyişməzdir:
"İran və Azərbaycan arasında köklü tarixi əlaqələr, o cümlədən, dil və din bağları var. İranın heç bir qonşusu ilə Azərbaycan qədər köklü münasibəti yoxdur. Eyni zamanda heç bir qonşu İrana Azərbaycan qədər səmimi və birmənalı münasibət göstərməyib. Azərbaycan böyük gücləri qarşısına alıb, amma İrana qarşı sanksiyalara qoşulmayıb. Eyni zamanda ərazisindən İrana qarşı istifadə edilməsinə yol verməyib. Amma təəssüf ki, İranın Azərbaycan kompleksi var, İran Azərbaycan Respublikasını zəif, məzlum və məğlub durumda görməyi arzu edir. Həm də bu arzusunu taleyin ümidinə buraxmır, Azərbaycan ərazisinin işğalı, təcavüzkarlığa məruz qalması fonunda düşmənimiz Ermənistana, habelə, beynəlxalq hüququn ən azı 3 prinsipini pozaraq sərhədlərimiz daxilində separatçılara müxtəlif formalarda 30 ildir ki, dəstək verir.
Deputat bildirib ki, ötən il İranı tənqid etdiyinə görə intizam tənbehi almışdı: 
"Azərbaycan rəhbərliyi mümkün qədər bu məsələlərdə təmkinli davranaraq Tehranın öz səhvini başa düşəcəyini gözləyib, hətta xatırlayırsınızsa, bir il öncə İranın bu ikiüzlü siyasətinə qarşı Milli Məclis tribunasından kəskin çıxışıma görə barəmdə intizam tənbehi də tətbiq olunmuşdu ki, İran qıcıqlamasın. Təbii ki, sonrakı dövr ərzində yaşananlar kimin haqlı, kimin haqsız olduğunu üzə çıxardı. Lakin, rəsmi Bakının Tehranla münasibətlərinə həssas yanaşması və münasibətlərin sağlamlaşacağına ümid etməsi xoş niyyət idi. Amma ötən bir ildə dəyişən reallıq göstərdi ki, İranın xisləti dəyişməzdir, xüsusən, şanlı qələbəmizdən sonra İranın arzu etmədiyi güclü Azərbaycan tandemi artıq Tehranı açıq formada hərəkətə gətirdi. 30 il nəzarətsiz qalmış Xudafərin körpüsünə gətirib bayraq sancdılar, işğaldan azad olunmuş ərazilərə Azərbaycanın gözü qarşısında yük daşıyıb separatçıya aşkar formada kömək etməyə başladılar. Daha sonra sərhədlərimiz boyu hərbi təlimlərə start verdilər, deputatlarını və bir qrup mollasını sosial şəbəkədən üzərimizə salıb düşük hədələr, təhdid bəyanatları verməyə başladılar. Utanmadan iddia edirlər ki, İsrail qoşunları Azərbaycan ərazisindən İrana hücum etmək istəyir".
Cənab Prezidentin 'harop'la bir fotosu onları yerinə oturtdu' - Deputat İrandan danışdıDeputatın qeyd edib ki, İran addımlarında ehtiyatlı olmalıdır:
"Bütün bunlar gülüncdür, 21-ci əsr təfəkkürü deyil, əslində Azərbaycana bir ziyanı yoxdur, İranın özünün gücsüzlüyün nümayiş etdirir. Özünüz də gördünüz, bu qədər top tüfəngin qarşısında Cənab Prezidentin "harop"la bir fotosu və iki cümləlik sualı hamısını yerinə oturtdu. Bütün bunlar təbii ki, təəssüf doğurur, bizə yeni düşmən lazım deyil, biz İranla əsrlərdir ki, qonşu kimi yaşayırıq, hətta Sasanilərdən Pəhləvilərə qədər əsrlər boyu İranı, o zaman İran adlanmırdı, Azərbaycan sülalələri idarə edib. Azlıq kimi təqdim etsələr də bu gün İranda milli çoxluq elə Azərbaycan türkləridir. Yəni İran addımlarında ehtiyatlı olmalıdır, elə etməlidir ki, bu gərginlik davam etməsin, əksinə, Tehran çalışmalıdır ki, 3+3 formatının təşəbbüskar həlqəsinə çevrilib bölgədəki əməkdaşlıqdan faydalansın, öz əhalisi sanksiyalardan sonra bir az rahat nəfəs ala bilsin".

Siyasi       Tarix: 06 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə


son xeberler yeni xeberler azerbaycan xeberleri ən son xəbər cəbhədən xəbər krimnal xeber xeberler bugun