Cennifer Eniston Metyu Perrinin mesajlarından danışdı: "Həyatı sözün əsl mənasında bundan asılı idi…" - FOTO

Cennifer Eniston Metyu Perrinin mesajlarından danışdı: Cennifer Eniston Metyu Perrinin mesajlarından danışdı: "Həyatı sözün əsl mənasında bundan asılı idi…" - FOTO
Məşhur "Friends" serialında canlandırdığı Çandler Bing obrazı ilə yaddaşlara həkk olunan Metyu Perrinin qəfil ölümündən sonra həmkarları onunla bağlı birgə açıqlama yayıblar.
Metyu Perrinin serialdakı rol yoldaşları Cennifer Eniston, Liza Kudrou, David Şvimmer, Kortni Koks və Mett LeBlan aktyorun ölümünün onları sarsıtdığını ifadə ediblər.
"Metyunun itkisindən hamımız çox pərişan olduq. Biz bir aktyor heyətindən daha çox idik. Biz bir ailəyik. Deyəcək çox şey var, amma indi bu anlaşılmaz itkinin yasını tutmaq və bunu qəbul etmək üçün bir az vaxta ehtiyacımız var. Hələlik düşüncələrimiz və sevgimiz Metyunun ailəsi, dostları və onu bütün dünyada sevən hər kəsin yanındadır", - deyə aktyorlar qeyd ediblər.
Serialda Reyçel Qrin obrazını canlandıran Cennifer Eniston birgə açıqlamalardan sonra duyğusal paylaşım edib.
Eniston son bir neçə həftədə Perrinin ona yazdığı mesajları ağlayaraq və gülərək oxuduğunu ifadə edib.
"Son bir neçə həftədir ki, onunla mesajlarımı oxuyuram, bir ağlayıb, bir gülürəm. Onları sonsuza qədər saxlayacağam", - deyə aktrisa qeyd edib.
Daha sonra Cennifer Metyunun ona göndərdiyi "Səni güldürmək günümü gözəlləşdirdi. Günüm gözəlləşdi" ifadələrini izləyiciləri ilə bölüşüb. "Minlərlə dəfə gülümsəmənin ilki…", - deyə Eniston dostunun bu sözlərinə cavab verib.  
"Bu məni dərindən yaraladı. Mettimizlə vidalaşmaq əvvəllər heç yaşamadığım hisslər dalğası idi. Hamımız həyatımızın bir nöqtəsində itki ilə qarşılaşırıq. İstər həyat itkisi olsun, istər sevgi itkisi... Biz onu çox sevirdik. O, bizim DNT-mizin bir parçası idi. Biz həmişə altı nəfər idik. Bu, kim olduğumuzu və yolumuzun nə olacağını sonsuza qədər dəyişdirən seçilmiş bir ailə idi. Metti insanları güldürməyi sevirdi. Özünün də dediyi kimi, əgər qəhqəhə səsi eşitməzsə, öləcəyini düşünürdü. Həyatı sözün əsl mənasında bundan asılı idi və bunu etməyi də bacardı. Hamımızı güldürdü. Metti, səni çox sevirəm və bilirəm ki, hazırda tamamilə hüzur içindəsən və ağrı çəkmirsən. Hər gün səninlə danışıram... Dincəl, kiçik qardaşım. Günümüzü həmişə gözəlləşdirdin...", - deyə Cennifer Eniston yazısına əlavə edib.
Xatırladaq ki, dünyanın ən məşhur seriallarından olan "Friends"in ulduzu Metyu Perri oktyabrın 28-də evində cakuzidə boğularaq həyatını itirib və onun ölümü Hollivudu sarsıdıb.
Cennifer Eniston Metyu Perrinin mesajlarından danışdı: Cennifer Eniston Metyu Perrinin mesajlarından danışdı: Cennifer Eniston Metyu Perrinin mesajlarından danışdı: Cennifer Eniston Metyu Perrinin mesajlarından danışdı: Cennifer Eniston Metyu Perrinin mesajlarından danışdı: Cennifer Eniston Metyu Perrinin mesajlarından danışdı: Cennifer Eniston Metyu Perrinin mesajlarından danışdı: Cennifer Eniston Metyu Perrinin mesajlarından danışdı: Cennifer Eniston Metyu Perrinin mesajlarından danışdı: Cennifer Eniston Metyu Perrinin mesajlarından danışdı: Cennifer Eniston Metyu Perrinin mesajlarından danışdı: Cennifer Eniston Metyu Perrinin mesajlarından danışdı: Cennifer Eniston Metyu Perrinin mesajlarından danışdı: Cennifer Eniston Metyu Perrinin mesajlarından danışdı: Cennifer Eniston Metyu Perrinin mesajlarından danışdı: Mənbə: Haber Global / oxu.az

Maraqlı       Tarix: 17 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

Chevrolet Ehtiyyat Hissələri seçərkən baxmalı olduğunuz 5 Məqam

Chevrolet ehtiyyat hissələri avtomobilin texniki sağlamlığını qorumaq, təhlükəsiz hərəkətini təmin etmək və uzunmüddətli istifadəsini mümkün etmək baxımından əsas rol oynayır. Bu hissələrin keyfiyyətsiz və ya uyğun olmaya

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur. Vyana Tibb Universitetinin (Avstriya) alimləri qidaya duz əlavə etmək, həmçinin duzlu qidaların həddindən artıq istehlakı ilə mədə xərçənginə tutulma riskini

Su sızması ustası hansı xidmətləri göstərir?

Su sızması ustası borularda, kranlarda və su bağlantılarında yaranan sızmaları tapır və təmir edir. Su sızması kiçik görünsə də, davam etdikdə divar və döşəmədə nəmlik yarada bilər. Buna görə problemin mənbəyini tapmaq v


son xeberler azerbaycan xeberleri yeni xeberler azerbaycanda son xeberler hava haqqinda cəbhədən son vəziyyət ən son xəbərlər bugün