Cənubi Qafqaz Boru Kəmərinin texniki operatorluğu SOCAR-a keçdi

Cənubi Qafqaz Boru Kəmərinin texniki operatorluğu SOCAR-a keçdiCənubi Qafqaz Boru Kəmərinin (CQBK) texniki operatorluğu BP Eksploreyşn (Şahdəniz) Limited şirkətindən SOCAR-ın törəmə müəssisəsi olan SOCAR Midstream Operations MMC-yə keçib.
Milli.Az xəbər verir ki, Cənubi Qafqaz Boru Kəməri Şirkətindən (CQBKŞ) Trend-ə verilən məlumata görə, Cənubi Qafqaz Boru Kəməri Cənub Qaz Dəhlizinin əsas hissələrindən biridir.
Texniki operatorluğun SOCAR-a keçməsi, Şahdəniz-2 və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihələrinə dair yekun investisiya qərarı çərçivəsində 2013-cü ilin dekabrında imzalanmış "Düzəliş Edilmiş və Yenilənmiş Boru Xətti Sahiblərinin Müqaviləsinə" uyğun olaraq həyata keçirilib. Müqavilədə CQBKG-nin tikintisinin başa çatmasının birinci ildönümündə SOCAR-ın CQBK-nın texniki operatoru olması nəzərdə tutulmuşdur.
Texniki operatorluğun ötürülməsi Azərbaycanda və Gürcüstanda CQBK-yə aid bütün obyektlərin əməliyyatlarını əhatə edir. Həm Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinə, həm də CQBK-yə aid olan ümumi obyektlərin operatorluğunu isə bp şirkəti ümumi operator qismində davam etdirəcək. Səngəçal terminalının, BTC-nin və Qərb İxrac Boru Kəmərinin (QİBK) operatorluğunda heç bir dəyişiklik yoxdur, bu obyektlərin operatorluğunu bp şirkəti icra etməkdə davam edəcək.
Texniki operatorluğun keçidi prosesinin bütün aspektlərinin səmərəli şəkildə yerinə yetirilməsi üçün SOCAR və bp 2020-ci il ərzində birgə işləməyə davam edəcəklər.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev: "2015-ci ildən bəri biz Cənubi Qafqaz Boru Kəmərinin kommersiya operatoruyuq və kəmərin bütün kommersiya əməliyyatlarıni yüksək səviyyədə həyata keçirmişik. İndi isə SOCAR boru xətti sahiblərinin müqaviləsində nəzərdə tutulduğu kimi kəmərin texniki operatorluğunu da öz üzərinə götürür.
Cənubi Qafqaz Boru Kəməri Şirkətinin səhmdarı kimi biz kəmərin texniki təhlükəsizlik göstəricilərindən daim məmnun olmuşuq, bu göstəricilər bizim sənayemizdə ən yüksəklər sırasındadır. bp şirkətinə çox yaxşı tərəfdaşlığına və operatorluğuna görə təşəkkür edirik. Kəmərin yeni texniki operatoru kimi biz boru kəmərinin texniki təhlükəsizlik, etibarlılıq və ətraf mühitin qorunması sahəsində yüksək səviyyəsini saxlamaq üçün uğurlu beynəlxalq təcrübəmizdən istifadə edəcək və bütün tərəfdaşlarla sıx işləyəcəyik."
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz: "SOCAR-ın CQBK-nin yeni texniki operatoru olmasını məmnuniyyət hissi ilə qarşılayırıq. Şahdənizin və CQBK-nin ən iri payçısı kimi biz boru kəmərinin təhlükəsiz və etibarlı istismarının davamlı olmasını təmin etmək üçün SOCAR-la birgə işləməkdə davam edəcəyik.
Düşünürük ki, layihələrin təhlükəsiz və səmərəli şəkildə həyata keçirilməsində SOCAR-ın böyük təcrübəsi var. SOCAR bunu TANAP-ın dörd illik uğurlu tikintisi və onun ardınca təhlükəsiz istismarı zamanı nümayiş etdirib. Bundan əlavə, SOCAR artıq beş ildir ki, çox səmərəli şəkildə CQBK-nin kommersiya operatoru qismində çıxış edir. Biz keçid mərhələsinin təhlükəsiz qaydada və ümumilikdə qazın nəqli əməliyyatlarına heç bir təsir yaratmadan tamamlanmasını təmin etmək üçün planlaşdırılmış dəyişikliklərin idarə olunması prosesində SOCAR-a dəstək olacağıq.
Bütün ixrac sisteminin mükəmməl təhlükəsizlik göstəricilərinə nail olmasında əməkdaşlarımızın və işçi qüvvəmizin əzmkarlığı və fədakarlığı mühüm rol oynayıb, biz onlarla qürur duyuruq. Əminik ki, operatorluğun ötürülməsi ilə əməliyyatların təhlükəsizliyinə eyni dərəcədə yüksək diqqət və əməkdaşların iş icrasının eyni dərəcədə yüksək keyfiyyəti davam edəcək."
Cənubi Qafqaz Boru Kəməri şirkətinin səhmdarları bunlardır: BP (28,8%), TPAO (19%), SOCAR (10%), Cənub Qaz Dəhlizi (6.7%), PETRONAS (15,5%), LUKOYL (10%), NİKO (10%)
CQBK dünya səviyyəli boru kəməri sistemidir və 2006-cı ildən təhlükəsiz, etibarlı və səmərəli şəkildə fəaliyyət göstərməklə Azərbaycan, Gürcüstan və Türkiyənin regional bazarlarına qaz nəql edir.
Şahdəniz-2 çərçivəsində əlavə hasilat həcmlərini qəbul etmək məqsədilə CQBK sistemi Türkiyəyə (ildə 6 mlrd. kubmetr) və Avropaya (ildə 10 mlrd. kubmetr) Şahdəniz-2 həcmlərinin ixrac edilməsi üçün genişləndirilmişdir.
Boru kəmərinin genişləndirilmiş hissəsi 2018-ci ilin iyun ayından Türkiyəyə kommersiya qaz həcmlərinin nəqlinə başlayıb.
2020-ci ildən başlayaraq bu kəmər, ilk dəfə olaraq Şahdəniz qazının Avropaya ixrac edilməsinə imkan yaradacaq
2019-cu il ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü 29 milyon kubmetr qaz təşkil edirdi.
CQBK ixrac sistemi Azərbaycanda 443 km boru kəmərindən və Gürcüstanda 248 km boru kəmərindən ibarətdir. Sistemə həmçinin Səngəçal terminalında iki kompressor, Gürcüstanda iki kompressor stansiyası və iki nəzarət-ölçü qovşağı daxildir.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 04 iyun 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Azərbaycanda ödəniş kartlarının sayı sürətlə artır - İqtisadçı səbəbləri açıqladı

Bu ilin avqust ayından Azərbaycanda kartdan-karta ("Card to card") köçürmə əməliyyatlarına limitlərin tətbiqi fonunda ölkədə ödəniş kartlarının sayındakı artım iki dəfədən çox sürətlənib. Azərbaycan Mərkəzi Bankını

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir


yeni xeberler son xeberler azerbaycan xeberleri zelzele valyuta mezennesi 2026 cəbhədən son vəziyyət son xeberler bugun 2026 muharibe