Cənubi Qafqazda sabitlik və təhlükəsizlik Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır

Cənubi Qafqazda sabitlik və təhlükəsizlik Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır1993-cü ildən müstəqil Azərbaycana rəhbərlik etməyə başlayan Heydər Əliyev Rusiya ilə dostluq münasibətlərinin qurulmasında mühüm rol oynayıb. İki ölkə arasında strateji tərəfdaşlığın əsasını qoyub. 
Dahi rəhbər Rusiya ilə münasibətlər qurulmasının vacibliyini belə şərh edirdi:  "Rusiya çox böyük dövlətdir, bizim şimal qonşumuzdur. Şübhəsiz ki, Rusiya ilə Azərbaycan arasında müstəqil prinsiplər əsasında münasibətlər bundan sonra daha yaxşı, daha geniş, səmərəli olmalıdır."
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlər 4 aprel 1992-ci il tarixdə Bakıda imzalanmış müvafiq protokol əsasında qurulub. 1992-ci ildə Azərbaycanın Rusiyada, Rusiyanın isə Azərbaycanda səfirlikləri fəaliyyətə başlayıb. İkitərəfli münasibətlərin müqavilə-hüquqi bazasını təşkil edən əsas sənəd Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci ilin iyulun 3-də imzalanmış Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilədir Bu müqavilənin imzalanmasından sonra iki ölkə arasında geniş əməkdaşlığın əsası qoyulub.
Hal-hazırda iki ölkə arasında müqavilə-hüquqi bazaya 200-ə yaxın dövlətlərarası, hökümətlərarası və regionlararası sazişlər daxildir.
Avqustun 19-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycana səfər edib. Səfərinin formatı və xarakteri xüsusi əhəmiyyətə malikdir və eyni zamanda dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Tarixi xarakter daşıyan bu səfər şübhəsiz ki, ölkələrimiz arasında dostluq və müttəfiqlik münasibətlərinin işinə öz mühüm töhfələrini verəcəkdir.
Azərbaycan prezidenti İlham Əliyev və Rusiya Federasiyasının prezidenti Vladimir Putin mətbuata bəyanatla çıxış ediblər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Bu gün qəbul edilən sənədlər, ilk növbədə, prezidentlərin Birgə Bəyanatı daxil olmaqla, münasibətlərimizin dostluq və müttəfiqlik xarakterini bir daha təsdiqləyir.
2022-ci ilin fevralında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin müddəaları uğurla həyata keçirilir. Ölkələrimiz müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərir.
Bu gün dövlətlərarası münasibətlərin geniş spektrini ətraflı müzakirə etdik. Hətta nümayəndə heyətlərinin tərkibinə nəzər salmaq kifayətdir ki, dövlətlərarası strukturların fəaliyyət sferasının, əslində, nə qədər geniş olduğunu görəsən."
Azərbaycan və Rusiya arasında iqtisadi-ticari münasibətlər daim artmaqdadır, bununla bağlı məsələlər də görüşdə detallı şəkildə təhlil edilib.
Digər ölkələrlə olduğu kimi Rusiya ilə də humanitar əməkdaşlıq sahəsinə xüsusi diqqət yetirilir. Belə ki, Azərbaycanda rus dilində tədris aparılan 324 məktəb var, bu məktəblərdə 160 min şagird təhsil alır. 800 mindən çox şagird rus dilini ikinci dil kimi öyrənir.
Azərbaycanın 26 ali təhsil müəssisəsində 15 mindən artıq tələbənin təhsil aldığı rus dili bölmələri var.
Azərbaycanda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir.
Məhdud formatda keçirilən görüşdə  təhsil sahəsində münasibətlərin inkişaf məsələsi və  eyni zamanda regional təhlükəsizliklə bağlı məsələlər müzakirə edilib.
Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyev: "Ötən ilin sentyabrından sonra regionda tamamilə yeni şərait yaranıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Təbii ki, yeni şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır. Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır.
Biz dövlətlərarası münasibətlərimiz üçün də müstəsna əhəmiyyətə malik olan, həmçinin regional nəqliyyat dəhlizləri, nəqliyyat yolları, "Şimali-Cənub" layihəsinin həyata keçirilməsi ilə bağlı məsələləri ətraflı müzakirə etdik". 
Görüşdə energetika sferasında həm neft-qaz sektorunda, həm də elektrik enerjisi sahəsində vəziyyət geniş təhlil olunub, həmçinin hər iki tərəfi narahat edən məsələlər, məhz Xəzər dənizində ekoloji vəziyyət, onun fəlakətli dayazlaşması üzrə fikir mübadiləsi aparılıb. Mümkün ekoloji fəlakətin qarşısını almaq üçün birgə səylərlə vəziyyəti təhlil etmək və həm ikitərəfli, həm də beştərəfli formatda həll yollarını müəyyənləşdirmək barədə razılığa gəlinib.
Rusiya prezidenti mətbuata verdiyi bəyanatda danışıqlarda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin hazırkı vəziyyətinə də diqqət yetirildiyini qeyd edib. Vurğulayıb ki, Rusiya gələcəkdə də Azərbaycan-Ermənistan qarşılıqlı fəaliyyətinin normallaşmasına və 2020-2022-ci illərdə Rusiya-Azərbaycan prezidentləri və Ermənistan baş naziri arasında əldə olunmuş məlum üçtərəfli razılaşmalar arasında sülh sazişinin bağlanmasına hərtərəfli kömək edəcək. Həmçinin qeyd edib ki, Sovet İttifaqı vaxtından bizdə qalan müvafiq sənədləri nəzərə almaqla, sərhədlərin delimitasiyası və demarkasiyasına, transsərhəd marşrutlarının yaradılmasına kömək etməyə hazırıq.
Onu da qeyd edək ki, Azərbaycanda 150 mindən çox rus yaşayır. Bu, Cənubi Qafqazda öz etnik identikliyini, mədəniyyətini, dilini və dinini qoruyub saxlamış rus diasporudur. Azərbaycanda digər xalqlar kimi ruslara da ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatına tam şəkildə inteqrasiya edə bilmək üçün hər cür şərait yaradılıb. Azərbaycanda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi fəaliyyət göstərir, Səməd Vurğun adına Rus Dram Teatrında mütəmadi olaraq tamaşalar səhnələşdirilir. Rusların dini etiqadına hörmətlə yanaşılır. Bakıda yerləşən Rus Pravoslav Kilsəsinə daim qayğı  ilə yanaşılır.
İlbə-il demək olar ki, iki ölkə arasında iqtisadi əlaqələrin artdığı diqqət çəkir və əlaqələr qarşılıqlı əhəmiyyət kəsb edir. Bu gün Rusiya Azərbaycanın  əsas idxal tərəfdaşıdır və qeyri neft məhsullarının ixracında birinci yerdədir. Rusiyanın Cənubi Qafqaz regionundakı ticarətinin 45 faizi Azərbaycanın payına düşür.
İki ölkə arasında qarşılıqlı investisiya sahəsində yaxşı dinamika müşahidə edilir. Azərbaycan Rusiya iqtisadiyyatına 1,2 milyard dollar, Rusiya isə Azərbaycan iqtisadiyyatına 4,9 milyard sərmayə qoyub. Azərbaycanda Rusiya kapitalı olan minə yaxın şirkət fəaliyyət göstərir ki, bu da ölkəmizdə xarici kapitalı olan bütün şirkətlərin 10 faizini təşkil edir.
Rusiya Federasiyasının Prezidenti avqustun 19-da Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarlarını  ziyarət edib. V.Putin eyni zamanda Şəhidlər Xiyabanında 19-20 yanvar 1990-cı ildə  Müstəqil Azərbaycan uğrunda canlarından keçən şəhidləri ziyarət edərək məzarlarına gül düzüb.
Şəhla Ağbulud
"Abşeron" qəzetinin baş redaktoru / azxeber.com


Siyasi     Baxılıb: 48   Tarix: 21 avqust 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Medvedev: "Tramp Ukraynadakı müharibəni dayandıra bilər"

"Donald Tramp Ukraynada sülhə nail olmaq üçün bütün vasitələrə malikdir". xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Əl Ərəbiyyə" telekanalına münasibəsində deyib

Azərbaycan və Ermənistan yeni delimitasiya sahəsi seçəcək

Növbəti iclasda Ermənistan və Azərbaycan dövlət sərhəd komissiyaları delimitasiya üçün yeni seqment seçəcək. -a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan müsahibəsində deyib. O xatırladıb ki, oktyabrd

COP29 Paris Sazişinin iki maddəsini qəbul edib

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Paris Sazişinin 6.4 və 6.2-ci maddələri qəbul edilib. " "a istinadən xəbər verir ki, bu barədə qəra

COP29-da qeydiyyatdan keçmiş iştirakçıların sayı məlum oldu

COP29-da qeydiyyatdan keçmiş iştirakçıların sayı məlum olub. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlham Əliyev X-da paylaşımında bildirib. "Biz 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mində

BMT-nin Baş katibi COP29-un işçi heyəti və könüllülərlə xatirə fotosu çəkdirdi

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quttereş COP29 beynəlxalq iqlim konfransı çərçivəsində Bakıda olarkən COP29 Azərbaycan Əməliyyat Şirkətinin işçi heyəti və COP29 könüllüləri ilə xatirə fotosu çəkdirib

Dünya tarixi Bakı nailiyyətinə şahid oldu - İlham Əliyev

Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu. KONKRET.azxəbər verir ki, bu barədə Azərbayca

COP29-un bağlanış plenar iclası keçirilir - CANLI

Noyabrın 23-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bağlanış plenar sessiyası keçirilir. bağlanış plenar sessiyasının canlı yayımını təqdim edir:

"Ölkələr vəzifənin öhdəsindən gəldi" - Quterreş

"COP29-da əldə olunmuş razılaşma iqlim dəyişikliyi ilə mübarizədə gələcək addımların əsasını qoyur". KONKRET.azxəbər verir ki, bu, BMT-nin Baş katibi Antonio Quterreşin bəyanatında bildirilib. "COP29-da əld

Zaxarova: Fransa Rusiyaya hücum icazəsi ilə Ukraynanı məhv edir

Fransa Rusiyaya hücum icazəsi ilə Ukraynanı məhv edir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. "Fransanın xarici işlər naziri Jan-Noel Barronun Rusiya ərazisinə uzaqmənzilli raketləri


tezbazar azerbaycan xeberleri son xeberler yeni xeberler son xeberler bugun cəbhədən ən son xəbər son xeber.az son xəbər