Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyasından REPORTAJ

Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyasından REPORTAJ
Ötən əsrin 70-80-ci illərində tikilən Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyasında görülən yenidənqurma işləri yekunlaşıb. İstismar müddətini bitirən elektrik stansiyası əvvəlkindən də müasir və səmərəli vəziyyətə gətirilib.
Oxu.Az xəbər verir ki, iyunun 26-27-də "Azərenerji" ASC bir qrup media nümayəndəsinin iştirakı ilə "Azərbaycan" İstilik Elektrik Stansiyasına (İES) media-tur təşkil edib. 
Media-tur zamanı jurnalistlərə yenidənqurma çərçivəsində görülən işlər, istifadəyə verilən yeni sistemlər barədə ətraflı məlumat verilib.
Belə ki, 2018-ci ilin 3 iyul tarixində istismar müddətini bitirən və kritik həddə fəaliyyətini davam etdirən "Azərbaycan" İES-də baş verən qəza nəticəsində enerji sistemi çökmüşdü.
Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyasından REPORTAJMingəçevirdə baş verən məsələyə dərhal Prezident İlham Əliyev birbaşa müdaxilə edərək, Dövlət Komissiyası yaradıb. Araşdırma zamanı isə günahkarların müəyyən olunaraq, cəzalandırılması ilə yanaşı kompleks araşdırmalara da qərar verilib. 
Məlum olub ki, qəzadan əvvəl stansiyanın qoyuluş gücü 2400 meqavat (MVt) olsa da, maksimum 1680 meqavat güclə işləyib və stansiyanın enerji blokları, qazanlar, sexlər, yarımstansiyalar, mühafizə sistemləri də daxil olmaqla bütövlükdə nəhəng enerji obyekti istismar müddətini başa vurub. Dayanıqlıq, etibarlıq və təhlükəsizlik ən minimum səviyyəyə düşüb. 
Beynəlxalq şirkətlərin apardığı texniki monitorinq və audit hesabatlarında birmənalı şəkildə bildirilib ki, "Azərbaycan" İES ömrünü başa vurub. Stansiya ən yaxşı halda 2022-ci ilə qədər fəaliyyət göstərə bilər ki, bu da çox təhlükəlidir. Belə bir vaxtda Prezident İlham Əliyevin qətiyyətli, çevik və sərt müdaxiləsi ilə stansiyada bütün parametrlər üzrə tikinti, yenidənqurma və təmir işlərinə start verilir. Hər biri ayrı-ayrılıqda elektrik stansiyası statusunda olan səkkiz enerji bloku, ölkənin üç ən böyük yarımstansiyasından biri olan 500 kV-luq və qəza baş verən 330 kV-luq yarımstansiyalar, dağılmış Qarabağ kanalı, sexlər, bir sözlə 183 hektar ərazisi olan "Azərbaycan" İES tikinti şəhərinə çevrilib.   
Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyasından REPORTAJBeləliklə tikinti, yenidənqurma və bərpa prosesi xüsusi diqqətdə saxlanılıb və yenidənqurma tədbirləri çərçivəsində səkkiz enerji blokunda lazım olan texniki avadanlıqlar, material və ehtiyyat vasitələr təmin edilib.
Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyasında görülən işlər barədə məlumat verən "Azərenerji" ASC-nin vitse-prezidentinin müavini Vüqar Şahmuradov "Azərbaycan" İES-in ölkədə mazutla işləyən yeganə elektrik stansiyası olduğunu deyib:
"Stansiya həm qaz, həm də mazutla fəaliyyət göstərə bilir. Hazırda ehtiyatımız 245 min ton mazutdur. Əgər qaz təchizatında hər hansı problem yaranarsa, mazut ehtiyatı İES-in bir ay tam gücü ilə işləməsini təmin edə bilər.
Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyasından REPORTAJİES ərazisində 18 mazut çəni tikilib. Yenidənqurma işləri çərçivəsində mazut təsərrüfatının yanğınsöndürmə sistemi də tam yenilənib. Belə ki, köpüklə avtomatik yanğınsöndürmə sistemi hazırlanıb və artıq istifadəyə verilib".
Stansiyanın ərazisindən keçən "Yuxarı Qarabağ" kanalının dib hissəsi, sağ və sol yamacları bir kilometr məsafədə betonlanaraq əsaslı təmir edilib.
Qəza baş verən 330 və 500 kV-luq yarımstansiyalarda hava açarları eleqaz açarlarla əvəzlənib, istismar müddətini bitirdiyindən hər an partlaya bilən bütün cərəyan, o cümlədən gərginlik transformatorları yenilənib. 
Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyasından REPORTAJYarımstansiyada kommutasiya aparatları, idarəetmə, mühafizə, nəzarət kabelləri, kabel kanalları tam yenidən qurulub. Yarımstansiyalar üçün yeni idarəetmə binaları tikilib və ən müasir avadanlıqlarla təchiz edilərək istismara verilib.
Bununla yanaşı "Azərbaycan" İES-in Baş İdarəetmə Mərkəzi tikilib. Burada hündürlüyü üç, eni 24 metr olan monitor vasitəsi ilə seksiyalar üzrə səkkiz enerji bloku, yarımstansiyalar, yüksək gərginlikli xətlər avtomatik rejimdə idarə olunur. Azərbaycan İES-in əks-qəza avtomatikası, SCADA Dispetçer sistemi tam yenidən qurulub. 
Eyni zamanda binada regional Tədris Mərkəzi tikilərək istifadəyə verilib.
Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyasından REPORTAJYanğından mühafizə idarəsi əsaslı təmir edilib. Burada yanğına qarşı yeni nasos stansiyası qurulub, köpüklə söndürmə sistemi quraşdırılıb. Stansiyanın perimetr üzrə videomüşahidə sistemi ilə təchiz edilmiş altı kilometr uzunluğunda yeni mühafizə hasarı, altımərtəbəli mühəndis korpusu da daxil olmaqla əsas və köməkçi binalar kompleks şəkildə yenidən qurulub.
Ümumilikdə, görülən işlər nəticəsində istismar müddətini bitirən Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyasının ömrü ən azı 20 il uzadılaraq etibarlılıq, dayanıqlıq, səmərəlilik və təhlükəsizlik təmin edilib. Ən əsası 600 meqavatdan artıq "itirilmiş" güc bərpa olunub.
Xatırladaq ki, iyunun 25-də Azərbaycan Respublikasının Orezidenti İlham Əliyev yenidənqurma işləri tamamlanan "Azərbaycan" İstilik Elektrik Stansiyasının (İES) açılışında iştirak edib.
Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyasından REPORTAJCənubi Qafqazın ən böyük istilik elektrik stansiyasından REPORTAJCənubi Qafqazın ən böyük istilik elektrik stansiyasından REPORTAJCənubi Qafqazın ən böyük istilik elektrik stansiyasından REPORTAJKönül Cəfərli

Sosial       Tarix: 27 iyun 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Azərbaycanda işıq pulu ləğv edilə bilər

Özbəkistanda vətəndaşların evlərinin damlarında quraşdırdıqları günəş panelləri vasitəsilə həm öz elektrik tələbatlarını ödəməsi, həm də artıq enerjini dövlət şəbəkəsinə ötürərək gəlir əldə etməsi diqqət çəkir. Bu model bərp

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən ən son xəbərlər cəbhədən yeni xəbərlər valyuta azerbaycan son xeber bugun