Cəsur döyüşçü: "Qubadlıda ayaqlarımın basdırıldığı məkanı ziyarət edəcəyəm" - VİDEO

Cəsur döyüşçü: Azərbaycan Ordusunun torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığı müharibənin zəfərlə bitməsində payı olanlardan biri də əsgər Alxasov Camal İlqar oğludur.
Əslən Qubadlı rayonundan olan C.Alxasov 2001-ci ildə Sumqayıt şəhərində dünyaya gəlib. 2019-cu ildə Sumqayıtda 34 saylı orta məktəbi bitirib. Həmin ilin aprel ayında həqiqi hərbi xidmətə çağrılıb. O dövrdə cəbhə bölgəsi sayılan ərazidə yerləşən N saylı hərbi hissədə xidmət edib. Müharibədə iki ayağını itirib. Vətən müharibəsi qazisidir.
Döyüş yolunu "Report"la bölüşən C.Alxasov deyib ki, müharibə başlayanda ilk olaraq Füzuli istiqamətində gedən döyüşlərə qatılıb.
Qazi bildirib ki, müharibə dövründə sürücü kimi xidmət edib və hərbçilərimizə silah-sursat, yemək daşıyıb:
"Oktyabrın 31-də maşınımızın Qubadlıda alınmış erməni postunda qaldığı deyildi. Komandir bizə həmin maşını çıxarmağı tapşırdı. Post uğrunda səhər qızğın döyüşlər olmuşdu və post ermənilərdən alınmışdı. Yalnız bir təpə qalmışdı. Biz ora getdik. 3 nəfər idik, maşını təmir etməyə başladıq. Yarım saat olardı ki, həmin alınmayan təpədən ermənilər bizi mərmi yağışına tutdu. Birinci mərmi maşının qabağına düşdü. Onda gözümdən və əlimdən yüngül yaralandım. Daha 2 mərmi atıldı. Uşaqlar artıq postun zirzəmisinə düşmüşdülər. Posta 10 metr qalmış dördüncü mərmi atıldı və arxamda yerə düşdü. Həmin vaxt qəlpə kəsən ayaqlarımın göydə fırlandığını gördüm".
Qazimiz deyib ki, düşmən 30 il ərzində çox çətin yarıla bilən beton bunkerlər inşa etmişdi.
C.Alxasov qeyd edib ki, protezlə tam təmin olunandan sonra ilk ziyarət etdiyi yer Qubadlıda ayağının basdırıldığı məkan olacaq: 
Qazimiz dövlətin ona olan diqqət və qayğısından da söz açıb:
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənə yüksək texnologiyalı protezlə təmin edilməsi işlərinə başlanıb. Yaxınlarda qardaş Türkiyədə yerləşən Gülhanə xəstəxanasında müayinə olunacam. Eyni zamanda, mənə 1-ci qrup əlillik verilib. Daha sonra mühərrikli təkərli oturacaqla və kiçik biznes fəaliyyətimi qurmağım üçün özünəməşğulluq proqramı çərçivəsində lazımi avadanlıqlarla təmin edilmişəm. Qazilərə göstərilən xidmətə görə dövlətimizə, Ali Baş Komandana təşəkkürümü bildirirəm".

Sosial       Tarix: 03 iyun 2021
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş


yeni xeberler son xeberler azerbaycan xeberleri son xabarlar xəbər az en son xeberler bu gun havanın temperaturu