Çexiyaya ayaqqabı dabanında narkotik göndərmək istəyənlər tutuldu - VİDEO

Çexiyaya ayaqqabı dabanında narkotik göndərmək istəyənlər tutuldu - VİDEOÇexiyaya ayaqqabı dabanında narkotik göndərmək istəyənlər tutuldu - VİDEO
İyulun 27-də Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən kütləvi informasiya vasitələrində adları istintaqa məlum olmayan, gömrük qanunvericiliyinin tələblərini ciddi şəkildə pozduğu müəyyən edilən, lakin məsuliyyətdən yayınmağa müvəffəq olan şəxslərin foto və videogörüntüləri yayımlanıb.
Bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Bildirilib ki, yayılan xəbərdən dərhal sonra ictimaiyyətin dəstəyi ilə daxil olmuş əməliyyat məlumatı əsasında aparılmış təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslərin kimliyi və olduqları yer aşkarlanıb, onlar tutularaq istintaqa cəlb ediliblər.
Müəyyən olunub ki, onlar Azərbaycan Respublikasında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Gürcüstan vətəndaşları - 1974-cü il təvəllüdlü Rasim Mehtiyev və 1979-cu il təvəllüdlü Aynur Əhmədova adlı şəxslərdir.
Baş vermiş cinayət hadisəsinin təfərrüatına gəlincə, cari ilin fevral ayının 16-da Əhmədova Aybəniz Əhməd qızı adından bir ədəd eynək və iki ədəd ayaqqabı kimi bəyan edi­lərək "Azerexpresspost" poçt daşımaları şirkəti vasitəsilə Azərbaycan Respub­lika­sından Çexiya Respublikasına göndərilən poçt bağlaması Heydər Əliyev Beynəlxalq Hava Limanının Bakı Karqo Terminalında gömrük nəzarətindən keçirilərkən rentgen aparatında şübhəli təsvirlər müşahidə edilib.
Kinoloji xidmət itinin reaksiyasına əsasən aparılmış baxış zamanı malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə bağlamanın içərisindəki iki cüt ayaqqabının hər birinin daban hissəsindəki boşluqda gümüşü rəngli falqalara bükülərək gömrük nəzarətindən gizlədilmiş dörd bükümdə, ümumilikdə 91,743 qram narkotik vasitə-heroin aşkar edilərək götürülüb.
Aparılmış istintaqla Əhmədova Aybəniz Əhməd qızı adından göndərilən narkotik vasitənin sonuncu tərəfindən deyil, onun adından şəxsiyyətləri istintaqa mə­lum olmayan digər şəxslər tərəfindən göndərilməsi müəyyən edilib.
İstintaqın ilkin mərhələsində görülmüş bütün zəruri istintaq və əməliyyat-axtarış tədbirlərinə baxmayaraq, həmin şəxslərin kimliyini müəyyən etmək mümkün olma­yıb.
Məlum foto və videogörüntülər yayımlandıqdan sonra tutularaq istintaqa cəlb edilən Rasim Mehtiyev və Aynur Əhmədovanın əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin tərkibi olmasına əsaslı şübhələr müəyyən edildiyindən hər ikisinə həmin maddələrlə ittiham elan edilərək barələrində Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.  
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

/oxu.az

Sosial       Tarix: 18 avqust 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı

Küçədə yaşayan heyvanların sahibsiz olması onların hüquqsuz olduğu anlamına gəlmir. Heyvana ağrı və əzab vermək, onu döymək və ya döyüşdürmək qanunvericiliklə inzibati məsuliyyət yaradan əməllər sırasındadır. Azərbaycan Respublikasını

Sabahın havası açıqlanıb

Sentyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında gözlənilən hava. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitini

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - FOTO

"Bakı Metropoliteni" QSC-nin Maliyyə departamentinə yeni rəis müavini təyin edilib. " "a istinadən xəbər verir ki, bununla QSC sədri Vüsal Aslanov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Rəşad Əliyev QSC-ni


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son xəbərlər 2026 xeberler metbuat xeberleri bu gunun xeberleri haqqinda melumat