Ceyhun Bayramov Aİ nümayəndəsi ilə görüşdü

Ceyhun Bayramov Aİ nümayəndəsi ilə görüşdüMartın 17-də xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibinin siyasi məsələlər üzrə müavini Enrike Moranın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən KONKRET.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında əməkdaşlığın inkişafı, ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni Saziş, eləcə də əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, o cümlədən siyasi, iqtisadi, energetika və digər sahələrdə əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib.
Azərbaycanla Aİ arasında əlaqələrin bir çox sahələrdə, xüsusilə enerji, investisiya, ticarət və s. sahələrdə inkişaf etdiyi, Avropa İttifaqının ölkəmizin əsas ticarət tərəfdaşlarından biri olduğu qeyd edilib.
Nazir Ceyhun Bayramov Aİ ilə müxtəlif proqramlar və layihələr çərçivəsində səmərəli əməkdaşlığın həyata keçirildiyini və Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişafının ölkəmiz üçün əhəmiyyət kəsb etdiyini bildirib.
Görüşdə, həmçinin Cənub Qaz Dəhlizi layihəsinin icrası, layihənin növbəti mərhələdə genişlənməsi imkanları müzakirə olunub.
Bölgədə mövcud olan cari vəziyyətdən bəhs edən nazir Ceyhun Bayramov Vətən müharibəsindən sonra bölgədə yaranan yeni təhlükəsizlik çərçivəsi və əməkdaşlıq perspektivlərindən bəhs edib. Nazir qarşı tərəfə regiondakı son vəziyyət, üçtərəfli bəyanatların icrası, bölgədə həyata keçirilən bərpa və yenidən qurma işləri ilə bağlı məlumat verib, habelə iki ölkə arasında münasibətlərin normallaşmasına dair Azərbaycanın baxışı ilə bölüşüb.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Baş katibinin müavini Enrike Mora Azərbaycanın Aİ üçün çox vacib tərəfdaş olduğunu diqqətə çatdırıb. O, ölkəmizlə qurum arasında güclü tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu bildirərək, bu münasibətlərin çox geniş gündəliyə malik olduğunu, iqtisadiyyat, texnologiyalar və innovasiyalar, ticarət, enerji və digər sahələri əhatə etdiyini söyləyib.
Avropa İttifaqının regionun sabit, təhlükəsiz inkişafında maraqlı olduğu, Aİ-nin bu istiqamətdə bütün addımları dəstəkləməyə, regional əməkdaşlıq səylərində iştirak etməyə hazır olduğu qeyd edilib.
E.Mora, həmçinin Azərbaycanın Şərq Tərəfdaşlığı proqramında Aİ-nin önəmli tərəfdaşı olduğunu, Azərbaycanın regional təhlükəsizlik və sabitliyə böyük töhfə verdiyini bildirib. O, Aİ-nin ölkəmizlə bağlantılar, o cümlədən nəqliyyat sahəsində əməkdaşlığın böyük potensiala malik olduğunu vurğulayıb.
Baş katibinin müavini Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu və bu xüsusda, enerji sahəsində əməkdaşlığın vacibliyini qeyd edib.
Daha sonra tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər, regional və beynəlxalq təhlükəsizlik məsələləri, eyni zamanda Ukraynadakı vəziyyət üzrə fikir mübadiləsi aparılıb.

Siyasi       Tarix: 18 mart 2022
f Paylaş

Oxşar xəbərlər

Ermənilər Kərkinin Azərbaycana qaytarılmasının əleyhinə çıxdı – 59 faiz "yox" deyir

Ermənistanda keçirilən sorğu zamanı respondentlərin əksəriyyəti Azərbaycanın Sədərək rayonunun 1990-cı ilin yanvarında işğal olunan Kərki (ermənilər "Tiqranashen" adlandırır-red.) kəndini "erməni yaşayış məntəqəsi"

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qloba

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirm

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli Sərdar Qurbanquliyeviç,. Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətil

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

SOCAR beynəlxalq şirkətlərlə bir sıra mühüm sənədlər imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb.  xəbər veri

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən xəbərlər son xabar xabarlar cəbhədən yeni xəbərlər