Ceyhun Bayramov Azərbaycan Araşdırmaları üzrə 4-cü Avropa Konfransında çıxış edib - FOTOLAR

Ceyhun Bayramov Azərbaycan Araşdırmaları üzrə 4-cü Avropa Konfransında çıxış edib - FOTOLARAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 5 dekabr 2025-ci il tarixində Avstriyaya işgüzar səfəri çərçivəsində Azərbaycan Araşdırmaları üzrə 4-cü Avropa Konfransında iştirak edib və çıxış edib.
azxeber.com xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Tədbirdə siyasətçilər, "beyin mərkəzləri", akademik dairələr və müstəqil ekspertlər Azərbaycanının strateji baxışı və xarici siyasət prioritetlərinin müzakirəsi üçün bir araya gəliblər.
Dairəvi masa müzakirələri zamanı nazir Bayramov Azərbaycanın regionda sabitləşdirici qüvvə kimi artan rolunu vurğulayıb.
Nazir multilateral əməkdaşlığın daha çox etibarlılığa və real nəticələrə ehtiyac duyduğu bir dövrdə Azərbaycanın çoxtərəfli formatlarda əldə etdiyi nailiyyətlər barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Ceyhun Bayramov həmçinin Azərbaycanın 2026-cı ildə 13-cü Dünya Şəhərsalma Forumuna və Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcəyini diqqətə çatdırıb. Bu qlobal platformaların dayanıqlı urbanizasiya, möhkəm yaşayış mühiti, təmiz enerji infrastrukturu və iqlim maliyyələşməsinin səfərbərliyi kimi istiqamətləri regional və beynəlxalq məsuliyyət çərçivəsində birləşdirəcəyi bildirilib.
Nazir çıxışında 8 avqustda Vaşinqtonda keçirilən Sülh Sammitinin nəticələrinə də toxunub. Sammitdə imzalanmış Üçtərəfli Birgə Bəyannamə və digər vacib sənədlərin post-münaqişə dövrünün yeni regional reallıqlarının beynəlxalq səviyyədə qəbulunu əks etdirdiyini vurğulayıb. O, həmçinin ATƏT-in Minsk prosesi üzrə bütün strukturlarının bağlanmasının tamamlandığını xatırladıb.
Ceyhun Bayramov Azərbaycanın bütün tərəfdaşlarla körpüquran diplomatiyanı və əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirib. O, Xəzər və Qara dəniz hövzələrini birləşdirən nəqliyyat və bərpa olunan enerji dəhlizlərinin gücləndirilməsinin, habelə sülhün, regional əlaqəliliyinin, iqtisadi təhlükəsizliyin və dayanıqlığın Azərbaycanın gələcək diplomatik fəaliyyətinin əsas dayaqları olaraq qalacağını vurğulayıb.
Ceyhun Bayramov Azərbaycan Araşdırmaları üzrə 4-cü Avropa Konfransında çıxış edib - FOTOLARCeyhun Bayramov Azərbaycan Araşdırmaları üzrə 4-cü Avropa Konfransında çıxış edib - FOTOLAR

Siyasi       Tarix: 07 dekabr 2025
f Paylaş

Oxşar xəbərlər

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. məktubun mətnini təqdim edir:. "Əlahəzrət,. Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanı

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli


yeni xeberler azerbaycan xeberleri son xeberler sou biznes sonxeber bu gunun xeberleri haqqinda melumat son xəbər