Ceyhun Bayramov Azərbaycan, Ermənistan və Aİ liderlərinin gözlənilən görüşü ilə bağlı açıqlama verdi

Ceyhun Bayramov Azərbaycan, Ermənistan və Aİ liderlərinin gözlənilən görüşü ilə bağlı açıqlama verdiXarici işlər naziri Ceyhun Bayramov aprelin 6-da Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçiriləcək görüşə münasibət bildirib.
azxeber.com xəbər verir ki, Ceyhun Bayramov jurnalistlərə açıqlamasında Azərbaycanın mövqeyini bir daha bəyan edib.
O xatırladıb ki, 30 illik işğala son qoyulandan və üçtərəfli bəyanatın imzalanmasından qısa müddət sonra Prezident İlham Əliyev bir neçə dəfə Azərbaycan tərəfindən artıq tarixin bu səhifəsinin üzərindən keçməyə, Azərbaycan tərəfindən Ermənistan-Azərbaycan münasibətlərin normallaşması istiqamətində ciddi addımların atılmasına hazır olduğunu bəyan edib:
"Bu məqsədlə Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi üzərində işləmək təklifini irəli sürmüşdü. Onu da qeyd etmək istərdim ki, Azərbaycan təxminən, ötən bir il ərzində bu istiqamətlə bağlı Ermənistan tərəfindən heç bir real qarşılıq görməyib. Bu il fevral ayının 21-də Azərbaycan tərəfi daha spesifik, konkret və belə demək olarsa, sadə bir sənədi Ermənistan tərəfinə göndərmişdir və bu sənəd Ermənistan-Azərbaycan münasibətlərin normallaşmasını özündə ehtiva edən əsas beş baza təməl prinsiplərini əks etdirir. Biz çox konkret bir təklif vermişik".

Siyasi       Tarix: 03 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

SOCAR beynəlxalq şirkətlərlə bir sıra mühüm sənədlər imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb.  xəbər veri

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd


azerbaycan xeberleri son xeberler yeni xeberler hava en son xeberler bu gun son xeber xeberlər