Ceyhun Bayramov: "Azərbaycanla İtaliya arasındakı əməkdaşlığın 30 ildən daha dərin kökləri var
"Azərbaycan ilə İtaliya arasındakı əməkdaşlığın tarixi 30 ildən daha dərin köklərə malikdir".
azxeber.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində keçirilən "Çoxşaxəli strateji tərəfdaşlığa doğru Azərbaycan-İtaliya yolu" adlı konfransda deyib.
O, iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayaraq bu il ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğunu xatırladıb. Nazirin sözlərinə görə, ölkə liderlərinin qarşılıqlı səfərləri Azərbaycan və İtaliya arasında əməkdaşlığı daha da gücləndirib.
C.Bayramov qeyd edib ki, İtaliya işğaldan azad edilmiş ərazilərdə şirkətləri fəaliyyət göstərən ilk ölkələrdən biridir.
XİN başçısı həmçinin ölkələr arasında ticarət əlaqələrinin yüksək səviyyədə olduğunu bildirib.
Onun sözlərinə görə, Azərbaycanda italyan dili tədris olunur və İtaliya-Azərbaycan Universitetinin tikintisi ilə bağlı yeni saziş sayəsində bütün lazımi sahələr orada tədris olunacaq.

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti