Ceyhun Bayramov: 'Ermənistan razılaşmaların həyata keçirilməsinə əngəllər yaradır

Ceyhun Bayramov: 'Ermənistan razılaşmaların həyata keçirilməsinə əngəllər yaradır"Ermənistan üçtərəfli razılaşmanın bəndlərinin həyata keçirilməsinə əngəllər yaradır".
Azxeber.com xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov serbiyalı həmkarı Nikola Selakoviçlə keçirdiyi birgə mətbuat konfransında bildirib.
"İlk üçtərəfli razılaşmanın imzalanmasından artıq müəyyən vaxt keçib. Bu razılaşmanın bəzi bəndləri yerinə yetirilib, bəzilərinin icrası davam edir, müəyyən çətinliklər var. Bu məsələdə Ermənistan tərəfinin mövqeyi üçtərəfli razılaşmanın bütövlükdə həyata keçirilməsinə, regiondakı vəziyyət üçün təhlükədir" – deyə nazir vurğulayıb.
C.Bayramov həm üçtərəfli razılaşma, həm də beynəlxalq hüquq çərçivəsində ərazilərin minalardan təmizlənməsinin, Ermənistan tərəfindən minalanmış ərazilərin xəritəsinin təqdim olunmasının vacibliyini də diqqətə çatdırıb:
"İlk altı ay ərzində Ermənistan minalanmış ərazilərin xəritəsinin mövcudluğunu belə inkar edirdi. 6 ay sonra, beynəlxalq vasitəçilər işə qarışdıqdan sonra minalanmış ərazilərin kiçik hissəsinin xəritəsi Azərbaycana təqdim olundu. Bu nə deməkdir? Xəritələrin təqdim olunması niyə 7-8 ay uzandı? Və niyə həmin ərazilərin yalnız bir hissəsinin xəritəsi təqdim olunub? Halbuki ötən müddət ərzində təkcə Azərbaycan tərəfindən minalardan 150-dən artıq ölən və xəsarət alan oldu. Yəni münasibətlərin yoluna qoyulması, bütövlükdə etimadın yaranması məsələsində Ermənistanın destruktiv mövqeyi göz qabağındadır".
Nazir xatırladıb ki, yanvar ayında imzalanmış ikinci üçtərəfli razılaşmanın ikinci bəndi nəqliyyat yollarının açılmasını nəzərdə tutur:
"Tərəflərin bununla bağlı öhdəlikləri var. Razılaşma imzalandıqdan sonra aktiv iş başlandı, yanvar – fevral aylarında baş nazir müavinləri səviyyəsində işçi qrupun altı iclası keçirildi, nəticələr də ümidverici oldu. Amma konstruktiv mövqe görmürük. Ermənistan tərəfinin açıqlamaları prosesə ziyan vurur. Ümidvarıq ki, Ermənistan bu prosesin onların özləri üçün nə qədər mühüm olduğunu dərk edər".
Delimitasiya işlərinin hələ başlamadığını deyən nazir 30 ildir torpaqları işğal altında saxlamış ölkənin öz məsuliyyətini dərk etməsinin vacibliyini dilə gətirib: "Artıq dövlət sərhədləri var. Ermənistan bunu dərk etməlidir. Öhdəliklər var, imzalanmış sənədlər var. Ermənistan keçmiş prinsipləri ilə sülh prosesinə xələl gətirir. Bundan da ən çox elə Ermənistanın özü ziyan çəkəcək. Ümidvarıq ki, gec-tez qarşı tərəfdən real və konstruktiv addımlar görəcəyik".

Siyasi       Tarix: 27 iyul 2021
f Paylaş

Oxşar xəbərlər

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən ən son xəbər ən son xəbərlər bugün xeber saytlari gunun xeberleri