Ceyhun Bayramov Finlandiya XİN rəsmisi ilə görüşdü - FOTO
Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Finlandiya Xarici İşlər Nazirliyində Beynəxalq ticarət üzrə dövlət katibinin müavini Nina Vaskunlahti ilə görüşüb.
KONKRET.az xəbər verir ki, bu haqda XİN məlumat yayıb.
Tərəflər iki ölkə arasında ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri, çoxtərəfli əməkdaşlıq münasibətləri, Azərbaycan – Avropa İttifaqı əməkdaşlıq istiqamətləri üzrə, habelə regional vəziyyət barədə müzakirə aparıblar.
Görüş zamanı, o cümlədən, siyasi, iqtisadi, humanitar, təhsil, yüksək texnologiyalar, sərmayə qoyuluşu, mədəni sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi üzrə fikir mübadiləsi aparılıb.
Bundan əlavə, Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan regional enerji və nəqliyyat layihələri, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə mövzusu olub.
Ceyhun Bayramov 44-günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş ərazilərimizdəki son vəziyyət, habelə mina təhlükəsi, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinin cari vəziyyəti barədə məlumat verib.
Nazir iqtisadi sahədə, xüsusilə enerji resurslarının diversifikasiyası istiqamətində Azərbaycanın önəmli rolundan bəhs edib. Bu xüsusda, Aİ-yə qaz nəqlinin iki dəfə artırılmasını, o cümlədən alternativ enerji mənbələrinin inkişafında əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan Anlaşma Memorandumunun imzalanmasının əhəmiyyəti vurğulanıb. Azərbaycan və Aİ arasında mövcud ticarət dövriyyəsinin məmnunluq doğurduğu, habelə dövriyyənin daha da artırılması üçün imkanların mövcud olduğu diqqətə çatdırılıb.
Dövlət katibinin müavini Azərbaycan və Finlandiya arasında əlaqələrin müxtəlif sahələrdə daha da genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu vurğulayıb. Xüsusilə də, iqtisadiyyat və ətraf mühitin qorunması, təhsil, yüksək texnologiyalar üzrə əməkdaşlıq istiqamətləri, habelə Finlandiyanın iştirakı ilə Azərbaycanda həyata keçirilən layihələri qeyd edib. Nina Vaskunlahti Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması prosesini dəstəklədiklərini qeyd edib.
Daha sonra tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər, regional və beynəlxalq təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparılıb.


Xidmetler [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü