Ceyhun Bayramov gürcü həmkarına təşəkkür etdi
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri İliya Darçiaşviliyə həmrəylik və dəstəyinə görə təşəkkür edib.
KONKRET.az xəbər verir ki, Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri bu barədə tviter hesabında yazıb.
"Radikalların Azərbaycanın Londondakı səfirliyinə misli görünməmiş hücumu ilə bağlı telefon danışığı ilə həmrəylik və dəstək ifadə etdiyinə görə Gürcüstandan olan həmkarım İliya Darçiaşviliyə təşəkkür edirəm", – Ceyhun Bayramov qeyd edib.
Qeyd edək ki, Gürcüstanın Xarici İşlər Nazirliyi avqustun 4-də Londonda Azərbaycan səfirliyinə qarşı törədilən təxribatı pisləyib. Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili hadisə ilə əlaqədar azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edərək tam dəstəyini ifadə edib.
İliya Darçiaşvili azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edərək baş vermiş hadisəni pislədiklərini, Azərbaycanın yanında olduqlarını və tam dəstək verdiklərini açıqlayıb.
Xatırladaq ki, avqustun 4-də bir qrup radikal dini dəstə Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə hücum edib.
Kurslar.az kurslar [newsid: 0-123300]

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?