Ceyhun Bayramov Qarabağda aşkarlanan kütləvi məzarlıqlar barədə Buriçi MƏLUMATLANDIRDI

Ceyhun Bayramov Qarabağda aşkarlanan kütləvi məzarlıqlar barədə Buriçi MƏLUMATLANDIRDIXarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Avropa Şurasının (AŞ) Baş katibi Mariya Peyçinnoviç Buriç ilə görüşüb.
Xarici İşlər Nazirliyindən KONKRET.az-a verilən məlumata görə, tərəflər, Azərbaycan ilə Avropa Şurası arasında qarşılıqlı əməkdaşlığın hazırkı durumu və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
C.Bayramov Azərbaycanın AŞ ilə 21 illik əməkdaşlıq çərçivəsinə nəzər yetirib, bu günədək 65 müqavilənin imzalanıb, ratifikasiya edildiyi, əlavə olaraq 7 müqavilənin imzalandığını qeyd edib. AŞ-Azərbaycan arasında öncəki Fəaliyyət Planları çərçivəsində qarşılılıq əməkdaşlığın əhəmiyyəti, habelə Azərbaycanın ehtiyacları və AŞ-nın tövsiyələri əsasında işlənib hazırlanan və ümumi əməkdaşlıq çərçivəsini təşkil edəcək yeni, 2022-2025-ci illər üzrə Fəaliyyət Planı vurğulanıb.
Baş katib Mariya Peyçinoviç Buriç AŞ Baş katibi qismində ölkəyə ilk dəfə səfər etdiyini və bu çərçivədə dövlət başçısı ilə görüşün baş tutduğunu bildirib. Baş katib səfəri çərçivəsində AŞ-Azərbaycan 2022-2025 Fəaliyyət Planının təsis görüşündə iştirak edəcəyini məmnunluqla qeyd edib.
Nazir AŞ rəsmisinə bölgədə mövcud olan münaqişə sonrası vəziyyət, üçtərəfli bəyanatların icrası və bu xüsusda, Azərbaycan tərəfindən atılan addımlar, delimitasiya prosesi, habelə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidən quruculuq işləri ilə bağlı ətraflı məlumat verib. Nazir, Azərbaycanın azad olunmuş ərazilərində mina təhlükəsinin doğurduğu ağır fəsadlardan, eləcə də Azərbaycan hökumətinin həyata keçirdiyi humanitar minadan təmizləmə işlərindən bəhs edib.
AŞ Baş katibinin diqqətinə, hələ 1990-cı illərin əvvəllərindən itkin düşən 4000-ə yaxın azərbaycanlının taleyi ilə bağlı Ermənistan tərəfindən hər hansı məlumatın verilmədiyi çatdırılıb. Azad olunmuş ərazilərdə aşkar olunan kütləvi məzarlıqların Ermənistan tərəfindən azərbaycanlıların sistematik şəkildə və məqsədyönlü öldürüldüyü və bu barədə məlumatın gizlədildiyinin sübutunu təşkil etdiyi bildirilib.
C.Bayramov bölgənin gələcək inkişafı ilə bağlı Azərbaycanın baxışlarını həmsöhbəti ilə bölüşüb. Beynəlxalq hüququn prinsipləri əsasında münasibətlərin normallaşması, o cümlədən sərhədlərin delimitasiyası və bütün kommunikasiyaların açılmasının, üçtərəfli bəyanatların müddəalarının tam yerinə yetirilməsinin bölgədə sülh, sabitlik və tərəqqinin təmin edilməsi üçün vacib olduğu vurğulanıb.
Görüşdə tərəflər, regional və beynəlxalq gündəliyin aktual məsələləri, Ukraynada və ətrafındakı vəziyyəti, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Siyasi       Tarix: 04 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

SOCAR beynəlxalq şirkətlərlə bir sıra mühüm sənədlər imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb.  xəbər veri

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd


azerbaycan xeberleri son xeberler yeni xeberler hava en son xeberler bu gun son xeber xeberlər