Ceyhun Bayramov Qoşulmama Hərəkatı dövlətlərinin BMT-dəki nümayəndələri ilə görüşüb
Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində BMT TŞ-nin qeyri-daimi üzvü olan Qoşulmama Hərəkatına üzv dövlətlərin BMT yanında daimi nümayəndələri ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Azxeber.com-a verilən məlumata görə, görüşdə Təhlükəsizlik Şurasının gündəliyində olan və Qoşulmama Hərəkatı üçün xüsusi önəm kəsb edən müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər terrorçuluq və yaranmaqda olan çağırış və təhdidlərə qarşı mübarizə, o cümlədən ədalət və beynəlxalq hüququn norma və prinsiplərinə riayət edilməsi və bu istiqamətdə QH üzv ölkələri arasında birlik və həmrəyliyin nümayiş etdirilməsinin vacibliyini vurğulayıblar.
Görüşdə həmçinin Azərbaycanın Hərəkata uğurlu sədrliyi və ölkə Prezidentinin təşəbbüsü ilə COVID-19 pandemiyasına qarşı mübarizədə irəli sürülmüş qlobal əhəmiyyətli təşəbbüslərin təqdirəlayiq olduğu ifadə olunub.
Turlar.az [newsid: 0-123300]

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı