Ceyhun Bayramov: "Torpaqlarımızı azad edəndə Türkiyənin verdiyi dəstək təkcə qardaşlıq təzahürü deyildi
"Torpaqlarımızı işğaldan azad edən zaman Türkiyənin ölkəmizə verdiyi siyasi və diplomatik dəstək təkcə qardaşlıq münasibətlərimizin təzahürü deyil, həm də Türkiyənin haqqın, hüququn, ədalətin yanında olmasıdır".
"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
"Bütün beynəlxalq təzyiq və təhdidlərə baxmayaraq, Türkiyə diplomatları bütün platformalarda azərbaycanlı həmkarları ilə çiyin-çiyinə çalışıb və haqq sözümüzün eşidilməsi üçün var gücləri ilə mübarizə aparıblar", - Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri əlavə edib.
"Azərbaycanın Türkiyənin olmadığı platformalarda etdikləri kimi, qardaş Türkiyənin diplomatları da bunu bizim olmadığımız yerdə həyata keçirirlər ki, səsimiz, sözümüz eşidilsin", - C.Bayramov vurğulayıb.
Xarici işlər naziri Türkiyə-Azərbaycan münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini qeyd edib.
Azərbaycanın XİN rəhbəri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu, habelə Türkiyə diplomatlarına təşəkkür edib.
"Bundan sonra birlikdə səmərəli fəaliyyətimizin uğurunu yaşamağı arzu edirik", - nazir əlavə edib.

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?