Ceyhun Bayramov Volkan Bozkırla görüşdü - YENİLƏNİB + FOTO
Ceyhun Bayramov Volkan Bozkırla görüşdü - YENİLƏNİB + FOTO
Bu gün Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının sədri Volkan Bozkır arasında görüş baş tutub.
Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Ceyhun Bayramov BMT Baş Assambleyasının 75-ci sessiyasına uğurla sədrlik etməsi münasibətilə Volkan Bozkırı təbrik edib. Pandemiyaya rəğmən sədrliyin çox fəal şəkildə həyata keçirildiyi qeyd olunub və bu xüsusda, Azərbaycan tərəfindən irəli sürülən təşəbbüslərə BA sədrliyinin dəstəyi məmnunluqla vurğulanıb.
Volkan Bozkır BA sədri qismində ilk səfərlərini reallaşdırdığını bildirib və bu çərçivədə Azərbaycanda olmaqdan qürur duyduğunu qeyd edib. Azərbaycanın həm geostrateji, həm də BMT-yə töhfəsi baxımından vacib ölkə olduğunu ifadə edib. BA sədri Azərbaycam Respublikasının Prezidentinin təşəbbüsü ilə həyata keçirilən COVID-19 ilə mübarizəyə həsr olunan Baş Assambleyanın xüsusi sessiyasının son dərəcə önəmli toplantı olduğunu söyləyib.
Ceyhun Bayramov BA sədrinə bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların imzalanması ilə yaranan yeni reallıqlar, işğal faktorunun aradan qaldırılması ilə Ermənistan və Azərbaycan arasında münasibətlərin beynəlxalq hüquq prinsiplərinə ciddi riayət edilməsi əsasında normallaşdırılması imkanlarının yarandığı, habelə işğaldan azad edilmiş ərazilərdəki vəziyyət, Ermənistanın törətdiyi geniş miqyaslı dağıntılar, mina təhlükəsi barədə məlumat verib.
Tərəflər, həmçinin Azərbaycanla BMT arasında əməkdaşlıq, gələcək fəaliyyət istiqamətləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
13:18
Xarici İşlər naziri Ceyhun Bayramov ilə BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri Volkan Bozkır arasında geniştərkibli görüş başlayıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "Twitter" səhifəsində məlumat yayıb. /oxu.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Prezident sərəncam imzaladı
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir
27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi