"Ceyms Uebb" teleskopu dünyanın ən uzaq qalaktika klasterinin şəklini çəkdi

"Ceyms Uebb" teleskopu dünyanın ən uzaq qalaktika klasterinin şəklini çəkdi
Yaponiyanın Tsukuba Universitetinin astronomları ilk dəfə olaraq Yerdən 13,14 milyard işıq ili məsafəsində yerləşən ən uzaq məlum qalaktika klasterinin - A2744z7p9OD protoklasterinin nüvəsinin şəkillərini çəkə biliblər. Şəkillər "Ceyms Uebb" Kosmik Teleskopu və Atakama Böyük Millimetr Teleskopu (ALMA) tərəfindən çəkilib.
Tədqiqat "The Astrophysical Journal Letters" (TAJL) elmi jurnalında dərc olunub.
Çox uzaq məsafədə yerləşən kosmik obyektlərin tədqiqi alimlərə kainatın mənşəyinə nəzər salmağa imkan verir, çünki bu gün onlar qalaktikaların 13 milyard il əvvəl necə göründüyünü görürlər.
Tədqiqat qrupu spektroskopiyadan istifadə edərək A2744z7p9OD-un mərkəzi hissəsini təhlil etdi və 36 min işıq ili genişliyində, bizim Süd Yolu qalaktikamızın radiusunun yarısına bərabər olan bölgədə hidrogen ionlarından saçan işıq aşkar edib.
Bundan əlavə, astronomlar klasterin dörd qalaktikasından üçündə toz püskürməsi aşkar ediblər. Bu, belə uzaq keçmişdə baş vermiş toz püskürmələrinə dair ilk kəşfdir. Kosmik tozun nəhəng ulduzların təkamülünün sonunda supernova ulduzunun partlayışlarından əmələ gəldiyi hesab olunur.
Alimlər klasterin mərkəzi hissəsindəki dörd qalaktikanın necə əmələ gəldiyini və inkişaf etdiyini nəzəri olaraq yoxlamaq üçün qalaktikaların formalaşmasına dair moddelləşdirmə həyata keçiriblər. Nəticələr göstərib ki, sıx qaz hissəcikləri sahəsi Böyük Partlayışdan təxminən 680 milyon il sonra yaranıb.
Mənbə: gazeta.ru / oxu.az

Maraqlı       Tarix: 22 sentyabr 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir. ABŞ-nin Stenford Universitetinin eksperti Ceyms Hallenbek bir insanın vəfat etməzdən əvvəl hisslərinin son mərhələsi haqqında danışıb. O qeyd edi

Azad Ajans – Azərbaycanda Yeganə Rəsmi TikTok Canlı Yayım Ajansı

Son illərdə sosial media platformalarında, xüsusilə TikTok üzərindən canlı yayım trendləri sürətlə artmaqdadır. Minlərlə istifadəçi öz istedadını nümayiş etdirmək, izləyici kütləsini artırmaq və gəlir əldə etmək məqsədil

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO. Günəşdə nəhəng ləkə peyda olub. Bu barədə alimlər xəbərdarlıq ediblər. Bildirilib ki, "AR3664" adlandırılan günəş ləkəsi hazırda o qədər böyüyüb ki, Yerdən 15 dəfə genişdir

İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!

Wolt-un İkili Sifariş yeniliyini sizə təqdim edirik! Artıq sifariş etmək daha asan və daha sərfəlidir. İkili Sifariş ilə iki fərqli məkandan lazım olan hər şeyi bir saat və ya daha az müddətdə qapınıza çatdırırıq. Axşam yeməy

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır. Türkiyədə "112" Təcili Zəng Mərkəzinə edilən qəribə müraciət gündəm olub. Bu barədə mərkəzin zənglərlə bağlı hesabatında məluma


azerbaycan xeberleri son xeberler yeni xeberler ən son xəbərlər xabarlar sonxeber az krimnal bugun