"Charlie Hebdo" Meqan Marklın qalmaqallı müsahibəsi ilə bağlı karikatura yayımlayıb - FOTO
"Charlie Hebdo" Meqan Marklın qalmaqallı müsahibəsi ilə bağlı karikatura yayımlayıb - FOTO
Fransanın "Charlie Hebdo" satirik jurnalı II Elizabetin gəlini Meqan Marklın kral ailəsində irqçiliyə məruz qaldığı ilə bağlı qalmaqallı müsahibəsi ilə bağlı karikatura yayımlayıb.
Lenta.ru-nun məlumatına görə, jurnalın üz qabığı "Twitter"də paylaşılıb.
Karikaturada Kraliça II Elizabetin Sasseks hersoqiniyasını ayağı ilə boğduğu təsvir edilib.
Jurnalın manşetində "Meqan Bukinqem Sarayından niyə qaçdı?" yazılıb. Meqanın adından isə "Nəfəs ala bilmədiyim üçün", - deyə bildirilib.
Bir çoxlarının fikrincə jurnal bu karikatura ilə ABŞ-da 2020-ci ilin mayında saxlanılarkən ölən qaradərili Corc Floyda da işarə vurub. Həmin vaxt polis kişinin boynunu dizi ilə əzərək təhlükəli boğma texnikasından istifadə etmişdi. Floydun son sözləri də "mən nəfəs ala bilmirəm" olmuşdu.
Bundan sonra, bütün ölkədə və bir sıra digər dövlətlərdə qaradərililərin hüquqları ilə bağlı "Black Lives Matter" hərəkatı başladı.
Yeri gəlmişkən, qalmaqallı müsahibə zamanı Meqan Markl deyib ki, kral ailəsində onun oğlu Arçinin dərisinin rəngi "müzakirə obyekti olub".


Xidmetler [newsid: 0-123300]

Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR