Çin ABŞ və Qərbə qarşı: İrana dəstək, yoxsa?
"Çinin Rusiya və İrana iqtisadi, siyasi və texnoloji dəstəyi onların tam məğlubiyyətinin qarşısını müəyyən dərəcədə ala bilər. Pekin Rusiya üçün enerji bazarı, texnologiya mənbəyi və sanksiyalardan yayınma kanalı rolunu oynayır; İran üçün isə neft alıcısı, diplomatik dayaq və alternativ iqtisadi nəfəs borusudur".
Politoloq Züriyyə Qarayeva bu fikri KONKRET.az-a açıqlamasında səsləndirib.
"Amma bu dəstək onları tam qalib etmir, sadəcə çöküşü ləngidir və müqavimət imkanlarını artırır. Çin bu prosesdə ehtiyatlı davranır: Rusiya və İranın zəifləməsinə qarşıdır, lakin onlara görə ABŞ və Qərblə birbaşa toqquşmaya da getmək niyyətində deyil".
Politoloq vurğulayır ki, ABŞ və Çin arasında birbaşa hərbi müharibə ehtimalı realdır.
"Ən təhlükəli nöqtələr Tayvan boğazı, Cənubi Çin dənizi, texnoloji bloklaşma və hərbi insidentlərin nəzarətdən çıxmasıdır. Hazırda hər iki tərəf rəqabəti sərtləşdirir, lakin nüvə silahı, qlobal iqtisadi asılılıq və müharibənin dağıdıcı nəticələri onları birbaşa savaşdan çəkindirir. Buna görə daha real ssenari açıq müharibə yox, uzunmüddətli soyuq müharibə, proksi qarşıdurmalar, sanksiyalar, texnoloji ayrışma və regional böhranlar üzərindən güc mübarizəsidir".
Müşviq Tofiqoğlu
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK