Çin-Rusiya yaxınlaşmasının PƏRDƏARXASI: Azərbaycan üçün hansı təhlükələr var?
"Çinlə Rusiyanın yaxınlaşması yeni proses deyil, uzun müddətdir davam edir. Məhz bu əməkdaşlığın nəticəsidir ki, Rusiya bu gün Ukraynaya qarşı müharibəni davam etdirə bilir".
Bu fikirləri KONKRET.az-a açıqlamasında Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Vəli Əlibəyov səsləndirib.
"Çin və Rusiyanın ortaq maraqları var. Hər ikisi üçün əsas rəqib ABŞ və Qərbdir. Ona görə də bir cəbhədən Qərbə qarşı çıxış etməyə səy göstərirlər".
Ekspert bildirib ki, bu yaxınlaşmanın Cənubi Qafqaz və Azərbaycan üçün həm üstünlükləri, həm də riskləri mövcuddur:
"Azərbaycanla Çin arasında strateji tərəfdaşlıq mövcuddur. "Bir kəmər, bir yol" təşəbbüsündə ölkəmizə xüsusi rol ayrılıb. Bu səbəbdən Çin regionda Azərbaycanın sabit qalmasında maraqlıdır və Rusiya tərəfindən hər hansı təxribatlara razı olmayacaq.
Çin-Rusiya yaxınlaşması onların bəzi məsələlərdə ortaq mövqedən çıxış etməsinə gətirə bilər. Eyni zamanda Qərbin də bölgəyə diqqəti artıb. Bu isə Azərbaycanın qarşısında həm Qərb, həm də Rusiya-Çin blokundan müəyyən öhdəliklərin qoyulmasına səbəb olur".
"Hazırkı durumda Azərbaycan həm Çin, həm Qərb, həm də Rusiyanın maraq dairəsindədir. Ona görə də hər kəs Azərbaycanla dostluq etməyə çalışacaq. Yaxın vaxtlarda ciddi təhlükə gözlənilmir, əksinə Çin-Rusiya yaxınlığı Moskvanın Azərbaycana qarşı sərt addımlarının qarşısını ala bilər", – deyə Vəli Əlibəyov vurğulayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib