Çindən Türkiyəyə gedən yük qatarı Bakı limanından keçib
Çindən Türkiyəyə gedən növbəti yük qatarı Bakı limanından keçib.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Bakı Beynəlxalq Dəniz Ticarət Limanından bildiriblər.
Məlumatda qeyd olunub ki, Çindən Avropaya hərəkət edən və Avstriya Federal Dəmir Yollarının idarə etdiyi yük qatarı Bakı limanından keçərək Türkiyənin Köseköy şəhərinə yola düşüb. Əsasən elektron qurğular, avtomobil ehtiyat hissələri və digər istehlak malları ilə yüklənmiş qatar Çinin Sian şəhərindən Bakıya altı günə çatıb.
Bu, Avstriya Federal Dəmir Yollarının törəmə şirkəti "ÖBB Rail Cargo Group" şirkətinin idarə etdiyi və Bakı limanından keçən ikinci qatardır. Qatar 115 konteynerdən ibarətdir.
Gələcəkdə Sian-Köseköy marşrutu üzrə qatarlar müntəzəm cədvələ əsasən işləyəcək və "Mərkəzi Dəhliz"in və Çin-Türkiyə-Avropa İttifaqı dəhlizinin vacib hissəsi olacaq.
Milli.Az /news.milli.az
Kurslar.az kurslar [newsid: 0-123300]

DÇ: Messi het-trik etdi, Argentina darmadağınla qələbə qazandı
Bank of Baku-dan krediti 100% tam onlayn kredit əldə edin
Bakcell-in dəstəyi ilə 5-ci "YAŞAT" düşərgəsi başladı - FOTOLAR
Ronaldo mundial tarixində yeni rekord müəyyənləşdirdi
DÇ-2026: Avstriya İordaniyanı məğlub etdi
Metroda dəhşətli anlar - Azyaşlı uşaq yıxıldı
Türkiyənin 54 vilayətində əməliyyat keçirilib, 258 nəfər saxlanılıb
İçərisində 189 nəfər olan təyyarə qəza siqnalından sonra radardan itdi
ABŞ-İran anlaşması: Hər iki ölkə ilk bu addımları atacaq
Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub – İlham Əliyev
"Qarabağ" İstanbul nəhəngi ilə qarşılaşa bilər
İlham Əliyev: Azərbaycanda süni intellektin məsuliyyətli tətbiqi üçün mühüm addımlar atılır
Bakıda sürücü sükan arxasında öldü
Prezident Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanlayıb
Qızını qəzada itirən tanınmış vəkil valideynlərə çağırış etdi