Çingiz İsmayılov Moskvada dünyasını dəyişdi
MDB Nəqliyyat Əlaqələndirmə Müşavirəsi icraiyyə komitəsinin sədri, Rusiya nəqliyyat nazirinin sabiq müavini Çingiz İsmayılov Moskvada vəfat edib.
azxeber.com "Report"a istinadən xəbər verir ki, 1948-ci ildə Bakıda doğulan Ç.İsmayılov görkəmli İsmayılov-Süleymanovlar dənizçi nəslinin nümayəndəsidir. 1968-ci ildə Bakı Dənizçilik Məktəbini bitirən Çingiz İsmayılov 1975-ci ildə Odessa Ali Dənizçi Mühəndisləri Məktəbindən, 1991-ci ildə isə SSRİ Nazirlər Soveti nəzdində Xalq Təsərrüfatı Akademiyasından məzun olub.
1968-1971-ci illərdə Xəzər Dəniz Gəmiçiliyinin gəmilərində çalışıb, matrosdan kapitanın ikinci köməkçisinədək yüksəlib. 1984-cü ildən Rumıniyada Sovet Dunay Gəmiçiliyi Agentliyinin rəis müavini vəzifəsində çalışıb. 1987-ci ildə Xəzər Dəniz Gəmiçiliyi rəisinin birinci müavini vəzifəsinə təyin edilib.
1997-ci ildən Rusiya Federasiyası Nəqliyyat Nazirliyində çalışmış Ç.İsmayılov 2001-ci ildə nazir müavini təyin olunub.
Çingiz İsmayılov "Əmək rəşadətinə görə" və "Rusiya donanmasının 300 illiyi" medalları, "Rusiyanın fəxri nəqliyyat işçisi" döş nişanı, "Dəniz donanmasının fəxri işçisi" döş nişanı ilə təltif olunub.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı