Çinin yeni kəşfi: Ət və tərəvəz tullantıları ilə uçan təyyarələr - FOTO

Çinin yeni kəşfi: Ət və tərəvəz tullantıları ilə uçan təyyarələr - FOTOÇinin yeni kəşfi: Ət və tərəvəz tullantıları ilə uçan təyyarələr - FOTO
Çində hər il ət və tərəvəz qalıqlarından əldə edilən 150 min tullantı dayanıqlı yanacaq əldə edilməsi üçün təkrar emal edilir və daha sonra hava yolu şirkətlərinə satılır.
Dayanıqlı aviasiya yanacağı adlanan bu yanacaq növü hazırda istismarda olan təyyarələrdə istifadə edilə bildiyi üçün bu sahənin karbondan təmizlənməsində ən sadə üsul hesab olunur. Bu üsul vasitəsilə CO2 emissiyalarında (tullantılarında - red.) 80 faiz nisbətində əhəmiyyətli azalma təmin edilir.
Ən maraqlısı isə odur ki, bu yanacaq çox müxtəlif tullantılardan əldə edilə bilir. Məsələn, ağacdan və ya kənd təsərrüfatı qalıqlarından, yosunlardan, biokütlədən və ya, hətta emal edilmiş yağdan istehsal oluna bilər ki, bu da onları daha da səmərəli edir. 
Bu yağlar bəzi bölgələrdə, məsələn, ət və tərəvəz qalıqlarının yüksək qiymətləndirildiyi Çində qızıl mədənləri hesab oluna bilər. Çinin cənub-qərbindəki Çenqduda bu emal edilmiş yağlar "Jet" təyyarələr üçün yanacaq kimi istifadə olunur.
Şəhərdəki restoranlarda hər il qırmızı, yağlı maye şəklində 150 min ton tullantı istehsal edilir.
"Jinshang" şirkəti bu tullantıları toplayır, emal edir və filtrasiya edir. Tullantılar daha sonra nəhəng çəlləklərə tökülür, qalan su və yad maddələrin təmizlənməsi üçün saflaşdırma proseduruna məruz qalır. Nəticədə açıq sari rəngli, sənaye tipli yağ əldə edilir.
Bu məhsul daha sonra əsasən Avropa, ABŞ və Sinqapura ixrac edilir. Onlar da bu məhsulu hava yollarına satılan dayanıqlı aviasiya yanacağına çevirirlər.
"Şüarımız: Qoyun, emal edilmiş yağ uçsun!" - deyə "Jinshang" şirkətinin rəhbəri Ye Bin bununla bağlı bildirib.
Qeyd edək ki, "Air France" aviaşirkətinin təyyarəsi "Total" tərəfindən istehsal edilən və 16 faizini bu qəbildən yanacağın təşkil etdiyi yanacaqla ilk uzun məsafəli uçuşunu 2021-ci ildə Paris və Kanada arasında həyata keçirib.
"Airbus" şirkəti 2022-ci ildə 100 faiz emal edilmiş qida yağından əldə edilən dayanıqlı yanacaqla "A380" təyyarəsini havaya qaldırıb və bu uçuş üç saat davam edib.
Çinin yeni kəşfi: Ət və tərəvəz tullantıları ilə uçan təyyarələr - FOTOÇinin yeni kəşfi: Ət və tərəvəz tullantıları ilə uçan təyyarələr - FOTOÇinin yeni kəşfi: Ət və tərəvəz tullantıları ilə uçan təyyarələr - FOTOMənbə: Haber Global / oxu.az

Maraqlı       Tarix: 28 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

Chevrolet Ehtiyyat Hissələri seçərkən baxmalı olduğunuz 5 Məqam

Chevrolet ehtiyyat hissələri avtomobilin texniki sağlamlığını qorumaq, təhlükəsiz hərəkətini təmin etmək və uzunmüddətli istifadəsini mümkün etmək baxımından əsas rol oynayır. Bu hissələrin keyfiyyətsiz və ya uyğun olmaya

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur. Vyana Tibb Universitetinin (Avstriya) alimləri qidaya duz əlavə etmək, həmçinin duzlu qidaların həddindən artıq istehlakı ilə mədə xərçənginə tutulma riskini

Su sızması ustası hansı xidmətləri göstərir?

Su sızması ustası borularda, kranlarda və su bağlantılarında yaranan sızmaları tapır və təmir edir. Su sızması kiçik görünsə də, davam etdikdə divar və döşəmədə nəmlik yarada bilər. Buna görə problemin mənbəyini tapmaq v


son xeberler azerbaycan xeberleri yeni xeberler azerbaycanda son xeberler hava haqqinda cəbhədən son vəziyyət ən son xəbərlər bugün