"CityNet" "MilliNet 2025" müsabiqəsinin əsas tərəfdaşıdır
"CityNet Ölkənin aparıcı internet provayderi "CityNet" Milli İnternet Mükafatı –"MilliNet 2025" müsabiqəsinin əsas tərəfdaşıdır.
Əməkdaşlıq sayəsində "CityNet" ölkədə ən yaxşı rəqəmsal resursların üzə çıxarılması, rəqəmsal sektorda rəqabətli mühitin təşviqi və Azərbaycanda rəqəmsal sahənin inkişafı prosesinə öz töhfəsini verir.
"Millinet 2025" müsabiqəsinə 14 nominasiya üzrə ümumilikdə 179 rəqəmsal resurs təqdim edilib və onlardan qaydalara uyğun olan 148 resurs 1-ci mərhələ üzrə səsvermədə iştirak hüququ qazanıb. "İlin rəqəmsal siması" xüsusi nominasiyasına isə 7 namizəd irəli sürülüb.
Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən "MilliNet" müsabiqəsinin final mərhələsi və qaliblərin mükafatlandırılma mərasimi 15 dekabr tarixində keçiriləcək.
Qeyd edək ki, "CityNet" "MilliNet" kimi müsabiqələrin tərəfdaşı olmaqla yerli startapların tanıdılması və IT sahəsində fəaliyyət göstərən istedadlı gənclərin peşəkar inkişafına dəstək olur.
"CityNet" haqqında
Azərbaycanın aparıcı internet provayderi olan "CityNet" (ticarət nişanı "Uninet" MMC-yə məxsusdur) yüksəksürətli sabit internet, telefon xətti və rəqəmsal TV xidmətləri təqdim edir. "CityNet" Bakı şəhəri ilə yanaşı, Azərbaycanın müxtəlif bölgələrində geniş xidmət şəbəkəsinə malikdir. Şirkət barədə daha ətraflı məlumatı www.citynet.az saytından əldə etmək olar.
"Uninet" MMC müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibində olan "Azerconnect Group"a daxildir. / azxeber.com

Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb
Zəfər Partiyası sədrinin müşaviri YAP-ın qonağı oldu
Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür