Co Bayden Ağ Evdə Benyamin Netanyahu ilə görüşdü
ABŞ prezidenti Co Bayden Ağ Evdə ölkədə səfərdə olan İsrailin baş naziri Benyamin Netanyahunu qəbul edib.
KONKRET.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Netanyahu Baydenlə görüşə minnətdarlıqla başlayıb. O 50 il ərzində İsraili dəstəklədiyi üçün Baydenə öz təşəkkürünü bildirib.
Netanyahu və Bayden Ağ Evdə danışıqlara başlamazdan əvvəl mətbuata çox qısa açıqlama veriblər. "The Times of Israel" nəşrinin yazdığına görə siyasətçilər bir-biri ilə xoş fikir mübadiləsi apararaq jurnalistlərin çoxsaylı suallarını cavabsız qoyublar.
"Cənab prezident, biz bir-birimizi 40 ildir tanıyırıq. Siz son 50 ildə İsrailin hər bir baş nazirini tanıyırsınız. İsrailə 50 illik dəstəyə görə sizə təşəkkür etmək istəyirəm", – deyə Netanyahu tədbirin əvvəlində bildirib.
Qeyd edək ki, Vaşinqtonda etirazçılar Netanyahunun heykəlini və ABŞ bayraqlarını yandıraraq Netanyahunun ölkəyə səfərinə və Fələstin məsələsinə etiraz ediblər.
Netanyahunun səfər çərçivəsində həmçinin vitse-prezident Kamala Harris və sabiq prezident Donald Trampla da görüşəcəyi gözlənilir.

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb
2027-ci ildə minlərlə ailənin həyatını dəyişəcək qərar
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı