"COP29 ərəfəsində müqavilə imzalanmayacaq, amma..." - Sülhlə bağlı VACİB AÇIQLAMA
Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında mümkün sülh sazişini heç vaxt COP29 ilə əlaqələndirməyib. Bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller deyib.
O bildirib ki, ölkəsi hələ bir neçə ay əvvəl tərəflərin sülh razılaşması imzalamasını görməyi arzulayıb və buna çalışıb. COP29 zamanı Bakıya bir çox dünya liderlərinin gələcəyini nəzərə alsaq, həmin vaxt Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması mümkündürmü?
Mövzunu "KONKRET.az"a şərh edən politoloq Faiq Ələkbərli bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasını COP29-la əlaqələndirmək doğru deyil:
"Arzuolunan idi ki, sülh müqaviləsinin imzalanması məhz COP29 ərəfində baş tutsun. Ancaq təkcə arzulamaq kifayət deyil, burada siyasi-ideoloji məsələlər var və Azərbaycan tərəfinin şərtləri təmin olunmadan müqavilə bağlamaq mümkünsüzdür. Şərtlər arasında Ermənistan Konstitusiyasının dəyişdirilməsi, Zəngəzur dəhlizinin açılması, sərhəd anklavlarının geri qaytarılması və digər məsələlər yer alıb. Düşünürəm ki, sülh müqaviləsinin yaxın günlərdə, yəni COP29 ərəfəsində imzalanması reallaşmayacaq. Ancaq müəyyən irəliləyişlərin olması mümkündür. Məhz "COP29″dan sonra müəyyən mənada ciddi addımların atılmasını da gözləmək olar. Ancaq konkret olaraq COP29 ərəfəsində və ya bu mötəbər tədbirin davam edəcəyi bir vaxtda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması real deyil".
Müşviq Tofiqoğlu
KONKRET.az

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Bu qış hansı geyimlər dəbdə olacaq? – 2026-2027-ci ilin əsas trendləri
Gəncədə 34 yaşlı kişi bıçaqlandı
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Bərdədə qadın evində ölü tapıldı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub