COP29-un Yaşıl Zonasında panel sessiyası baş tutdu

COP29-un Yaşıl Zonasında panel sessiyası baş tutduBakıda keçirilməkdə olan COP29 konfransının ikinci günündə rəsmi danışıqların aparıldığı Mavi Zona ilə yanaşı, COP29 Sədrliyi tərəfindən idarə edilən və geniş ictimaiyyətə xitab edən Yaşıl Zona proqramı üzrə silsilə tədbirlərin keçirilməsi davam edir. 12 noyabr tarixində COP29 Azərbaycan Əməliyyat Şirkəti və COP29-un əsas tərəfdaş bankı Azərbaycan Beynəlxalq Bankının korporativ dayanıqlılıq mövzusunda birgə panel müzakirəsi baş tutub. 
KONKRET.az xəbər verir ki, "Korporativ dayanıqlılıq və iqlim fəaliyyəti" adlı tədbirdə iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması istiqamətində şirkətlərin əhəmiyyətli rolu və onların qlobal xalis sıfır karbon hədəfinə nail olmaqda göstərdikləri səylər ətrafında müzakirələr yer alıb. Tədbirdə BMT-nin Qlobal Sazişinin Azərbaycan üzrə ölkə rəhbəri Samir Məmmədov, ABB-nin idarə heyətinin sədr müavini Taleh Tahirli, "Spiro"nun həmsədri Kauşik Burman, "Qarabağ" FK-nın prezidenti Tahir Gözəl və "Deloitte" şirkətinin "Green Space Tech" təşəbbüsünün Braziliya üzrə aparıcı partnyoru, innovasiya və dayanıqlılıq strategiyası sahəsində aparıcı məsləhətçisi Maria Peres iştirak edib.
Panel sessiyasında səsləndirilən fikir və çıxışlar əsasən özəl sektorların dayanıqlılıq prinsiplərini öz biznes strategiyalarının aparıcı istiqaməti kimi rəhbər tutduqları nəzərə alınaraq, ortaq dayanıqlılıq təcrübələrinin mübadiləsi və birləşdirilməsi, iqlim dəyişmələrinə qarşı mübarizədə gücləndirilməsinə istiqamətlənib.
Tədbirdə aşağı karbona keçid, dayanıqlı təchizat zəncirləri və "yaşıl" texnologiya innovasiyaları kimi mövzuların müzakirəsi də yer alıb. Bu tədbir uğurlu strategiya və tərəfdaşlıq məsələlərini işıqlandıraraq, şirkətləri öz biznes fəaliyyətlərində dayanıqlılıq prinsiplərini tətbiq etməyə və dayanıqlı gələcəyə gedən yolda özəl sektorların gücünü nümayiş etdirməyə təşviq edib.
Qeyd edək ki, konfransın ikinci günündə geniş ictimaiyyət tərəfindən böyük maraqla qarşılanan Yaşıl Zonanın zəngin proqramı gənc qadınların həssas icmalarda iqlim ədalətsizliyi ilə mübarizədə oynadıqları rol, biomüxtəliflik və iqlim fəaliyyətində yerli gənclərin liderliyi, yerli icmaların biomüxtəlifliyin qorunmasındakı rolları, iqlim fəaliyyətində baxış bucaqlarının rəngarəngliyinin əhəmiyyəti, iqlim və təbiət sinerjisinin qurulması kimi mövzularda müxtəlif tərəflərin təşkil etdiyi tədbirlərdə yerli və xarici ekspert qonaqlar iştirak edib.

Siyasi       Tarix: 12 noyabr 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov

Asiyada NATO-nun analoqu olan hərbi alyans yaratmaq istəyirlər. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Asiyada NATO modelində hərbi-siyasi blokun yaradılması artı

Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsind

Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. KONKRET.azxəbər verir ki, təbrik məktubunda deyilir:


son xeberler azerbaycan xeberleri yeni xeberler xankendi cəbhədən son vəziyyət xeberler bu gun zelzele