COP29 yaşıl iqtisadiyyata keçidin sürətləndirilməsi üçün mühüm platforma rolunu oynayacaq
Belarus xəbər portalında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) barədə məqalə dərc edilib.
"Minsknews.by" xəbər portalında dərc olunan məqalədə "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlının COP29-un əhəmiyyəti barədə fikirləri yer alıb.
Məqalədə QHT sədri bildirib ki, Azərbaycan bu il Bakıda keçiriləcək COP29 beynəlxalq konfransına ev sahibliyi etməyə fəal şəkildə hazırlaşır. Bu tədbir qlobal ekoloji problemləri müzakirə etmək üçün dövlət rəhbərlərini və ekspertləri bir araya gətirir, beynəlxalq arenada ən mühüm və nüfuzlu tədbirlərdən biri hesab olunur.
F.Şahbazlı COP29-un iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi, qlobal miqyasda davamlı inkişafın təmin edilməsi və yaşıl iqtisadiyyata keçidin sürətləndirilməsi üçün mühüm platforma rolunu oynayacağını vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanın ekoloji problemlərin həllinə verdiyi töhfə və ölkənin bu sahədəki təşəbbüsləri dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Bu təşəbbüslər ekoloji problemlərin həllinin yalnız qlobal birlik və həmrəylik sayəsində mümkün olması prinsipinə əsaslanır. Bu yanaşma təkcə ekoloji problemlərlə məhdudlaşmır, həm də bəşəriyyətin üzləşdiyi bütün böyük çətinliklərlə birgə mübarizə aparmaq üçün daha geniş ideyanı ehtiva edir.
O, həmçinin COP29-u "sülh prosesinin nəticəsi" adlandıran Azərbaycan Prezidenti İlham Əliyevin sözlərini xatırladıb, eyni zamanda, Bakının iqlim müzakirələri günlərində barışıq çağırışını dəstəkləyən Qoşulmama Hərəkatına üzv ölkələrin mövqeyinə diqqət çəkib. / azxeber.com

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdi
Cəmi 3 il evli qala bildilər
Sərhəddə 40 ton dizel yanacağı müsadirə edildi
Müəmmalı ölüm: güllə yarası almış kişinin meyiti tapıldı
Bu qış hansı geyimlər dəbdə olacaq? – 2026-2027-ci ilin əsas trendləri
Gəncədə 34 yaşlı kişi bıçaqlandı
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Bərdədə qadın evində ölü tapıldı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır