"Courtyard by Marriott" Azərbaycanda debüt edir - FOTO

"Courtyard by Marriott"Courtyard by Marriott" Azərbaycanda debüt edir - FOTO
Azərbaycanın paytaxtı Bakıda yeni tikilmiş hotel istifadəyə verildi
"Marriott Bonvoy"un 30 markasının cəmləşdiyi, sürətlə böyüyən və unikal portfelin bir hissəsi olan "Courtyard by Marriott" bu ilin iyun ayında gözlənilən "Courtyard by Marriott Baku" hotelinin açılışını elan edir. 365 otaqdan ibarət olan mehmanxana "Absheron Hotel Group" tərəfindən uzunmüddətli françayzinq müqaviləsi əsasında idarə olunacaq. Bakının Füzuli küçəsində yerləşən və mərkəzə yaxın olan hotel həm işgüzar şəxslər, həm də sadəcə istirahət etmək istəyənlər üçün idealdır.
"Courtyard by MarriottHotel paytaxtın simvolik ticarət ərazisi sayılan "Torqovaya", məşhur görməli yerləri olan Nizami küçəsindən bir kilometrə yaxın, piyada isə bir neçə dəqiqəlik məsafədədir. Buraya Bakının İçərişəhər kompleksində yerləşən tarixi Qız qalası və məşhur memar Zaha Hadid tərəfindən dizayn edilmiş, dünya miqyasında misli olmayan Heydər Əliyev Mərkəzi daxildir. Heydər Əliyev Beynəlxalq Hava Limanı isə hoteldən cəmi 30 dəqiqəlik məsafədədir.
"Courtyard by Marriott"Premium" və "Select" markalarının Avropa, Orta Şərq və Afrika üzrə Qitə Brend Lideri Sandra Schulze-Potgieter deyib: "Courtyard by Marriott"u bu ilin iyun ayından etibarən qonaqların üzünə açıq elan edəcəyimizdən məmnunuq. Hotel biznes-turistlərə və sadəcə istirahət edənlərə mehriban və qayğıkeş personalı ilə rahat bir mühit təqdim edir. Əlverişli yerləşmə qonaqlara canlı şəhərdən maksimum zövq almağa fürsət verir".
"Courtyard by Marriott"Courtyard by Marriott Baku"nun baş meneceri Eldar Əlimuradov: "Tanınmış "Courtyard by Marriott" markası və Bakı turizm sektorunun inkişafı sayəsində geniş səyahətçi kütləsini qarşılamağı səbirsizliklə gözləyirik".
Yeni bina müasir üslubda tikilib: Gözoxşayan Qış parkı mənzərəsinə açılan 365 ədəd geniş qonaq otağı, funksional iş zonası və qonaqların istirahəti zamanı əlaqədə olmalarını təmin edən pulsuz, yüksəksürətli internet xətti ilə təchiz edilib.
"Courtyard by MarriottHotelin birinci mərtəbəsində yerləşən "BESH Gastropub", seçilmiş yerli inqrediyentlərlə hazırlanmış həm Azərbaycan, həm də dünya mətbəxinin dadlı yeməklərini təqdim edir. Hotelin barı qonaqların rahatlaması, eləcə də qəlyanaltılardan və parlaq kokteyllərdən zövq alması üçün ideal məkandır.
Ümumi sahəsi 495 kvadrat metr təşkil edən 11 iclas otağı bir sıra tədbirləri qəbul edə bilər. Bütün iclas otaqları müasir işıqlandırma, interaktiv rəqəmsal lövhələr, 65 düymlük televizorlar və pulsuz "Wi-Fi" ilə təchiz olunub. Mehmanxanada 24 saat fəaliyyət göstərən, geniş özünəxidmət idman zalı qonaqların istifadəsinə təqdim olunur.
"Courtyard by MarriottQabaqcadan onlayn bron etmək və ya əlavə məlumat əldə etmək üçün aşağıdakı linkə keçid etməyiniz kifayətdir:
.
"Absheron Hotel Group" haqqında:
"PASHA Holding" MMC-nin törəmə şirkəti olan "Absheron Hotel Group" Məhdud Məsuliyyətli Cəmiyyəti gənc hotel idarəçiliyi şirkətidir. 2013-cü ildə şirkətin qurulması ilə Qrup, dünya səviyyəli hotel və kurort portfelini quraraq milli və regional bazarlarda lider mövqe tutmaq istəyi və strateji qonaqpərvərlik sənayesinin oyunçusuna çevrilməyi hədəfləyir. Bu portfel Bakıda və onun xaricində yerləşən müxtəlif hotel kateqoriyalarını və digər qonaqpərvərlik subyektlərini özündə cəmləşdirir. Qrup Azərbaycanın paytaxtında iki lüks hotelə sahibdir, bunlardan biri müvafiq beynəlxalq hotel idarəetmə şirkəti tərəfindən idarə olunan "JW Marriott Absheron" Baku hotelidir.
"Courtyard by MarriottQrup hazırda doqquz hoteli idarə edir; 5-i "Marriott" ilə françayzinq müqaviləsinin bir hissəsi olmaqla:
• "Baku Marriott Hotel Boulevard"
• "Sheraton Baku Intourist"
• "Courtyard Baku"
• "Pik Palace", "Shahdag", "Autograph Collection"
• "Park Chalet", "Shahdag", "Autograph Collection"
Bundan əlavə, "Absheron Hotel Group"un Bakı və Tbilisi şəhərlərinin hər birində layihələndirmə və ya tikinti mərhələsində olan bir hoteli mövcuddur ki, həmin hotellərin də yaxın 18 ay ərzində açılması planlaşdırılır. Daha ətraflı məlumat üçün [email protected] ilə əlaqə saxlaya bilərsiniz.
"Courtyard by Marriott"Courtyard by Marriott"Courtyard by Marriott

Turizm       Tarix: 29 iyun 2021
f Paylaş

Oxşar xəbərlər

AZAL Londonun daha bir hava limanına uçuşlara başladı - FOTO

AZAL Londonun daha bir hava limanına uçuşlara başladı - FOTO. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 17-dən Bakıdan Londonun daha bir hava limanına - Qetvikə reyslərin icrasına başlayıb. Bu barədə "Azərbayca

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO. Yaz fəslinin ikinci ayını başa vurmaq üzrəyik. Havaların isinməsi ilə əlaqədar turizm sektorunda da canlanma müşahidə olunur. 2020-c

AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb

AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 31-dən yay uçuş cədvəlinə keçid edir. Cədvəl oktyabrın 26-dək qüvvədə olacaq. Aviaşirkət yay qrafiki üzrə səyahə

AZAL-da aviasiya təhlükəsizliyi sahəsində işə qəbul proseduru dəyişib

AZAL-da aviasiya təhlükəsizliyi sahəsində işə qəbul proseduru dəyişib. Nazirlər Kabineti "Aviasiya təhlükəsizliyi personalının seçilməsi Qaydası"nda dəyişiklik edib.  xəbər verir ki, Qaydaya əsasən, aviasiya təhlükəsizliy

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır". Azərbaycan İsraillə ikitərəfli turizm əlaqələrini inkişaf etdirməyə çalışır, Təl-Əviv və Bakı arasında uçuşları

Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI

Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI. Aprel ayında tur paketlər bahalaşıb. xəbər verir ki, hazırda bu sahədə tələb təklifi üstələyir. İlkin rezervasiya zamanı kimlər tur paket alıbsa, büdcəsinə xeyli qənaə

AZAL-ın kollektivi Xocalı qurbanlarının əziz xatirəsini ehtiramla yad edib - FOTO

AZAL-ın kollektivi Xocalı qurbanlarının əziz xatirəsini ehtiramla yad edib - FOTO. Azərbaycanın milli aviadaşıyıcısının kollektivi Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarə

AZAL Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb - FOTO

AZAL Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb - FOTO. Frankfurt-Maynda keçirilən nüfuzlu "Passenger Terminal Expo 2024" konfransında "Azərbaycan Hava Yolları"

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir . Omanın aşağıbüdcəli "SalamAir" aviaşirkəti yayda ən populyar iki istiqamət - Azərbaycanın Bakı şəhəri və Qazaxıstanın Almatı şəhəri üzrə uçuşları bərp


azerbaycan xeberleri son xeberler yeni xeberler sou xeberler metbuat cəbhədən son xeber xabar az