COVID-19-dan sonra tam sağalma müddəti və tövsiyələr açıqlandı

COVID-19-dan sonra tam sağalma müddəti və tövsiyələr açıqlandıCOVID-19-dan sonra tam sağalma müddəti və tövsiyələr açıqlandı
Koronavirusdan sonra reabilitasiya davamlı olmalıdır, bədənin tam bərpası isə azı iki-üç ay çəkməlidir.
Bu barədə Lenta.ru-ya Rusiyanın "Sber Zdorovye" xidmətinin tibbi direktoru Vladislav Məhəmməd Əli bildirib.
Onun sözlərinə görə, xəstəliyi xüsusən orta və ağır formada keçirən pasiyentlərin reabilitasiyaya daha çox ehtiyacı var.
"İnsanda xroniki ağciyər xəstəliyi və ya bədənin digər fərdi xüsusiyyətləri varsa, reabilitasiya bir il və ya daha çox vaxt ala bilər", - deyə o, əlavə edib.
Həkim, həmçinin, infeksiyadan sonra sağlamlığı bərpa etmək barədə tövsiyələrini verib.
O, hər şeydən əvvəl pasiyenti öz həkiminin tövsiyələrinə riayət etməyi məsləhət görüb:
"Bundan əlavə, bərpa prosesi zamanı gündəlik fəaliyyətə qayıdılmalıdır, ancaq bu, tədricən baş verməlidir. Ağır xəstəlikdən sonra enerjinin səviyyəsi azalır  və bəzi işlər əvvəl lazım olduğundan artıq güc tələb edir".
V.M.Əli azı 7-8 saatlıq yuxu rejiminin tənzimlənməsinin vacibliyini də vurğulayıb.
"Xəstəlikdən sağalanlar psixoloji reabilitasiyaya da diqqət yetirməlidirlər - bunun üçün yaxınlarından və peşəkar psixoloji yardımdan kömək istəyə bilərlər", - deyə o əlavə edib.
Həkim eyni zamanda balanslı qidalanma məsləhət görüb: rasionda asanlıqla həzm olunan zülal, daha çox miqdarda vitaminlər, balıq, yağsız ət, toyuq, hinduşka, bulyonlar, təzə tərəvəz və meyvələr olmalıdır. Acılı, yağlı, duzlu və yüksək kalorili qidalardan imtina edilməlidir.
"Həmçinin gündə ən azı iki litr maye içmək lazımdır (əgər xəstədə ürək və ya böyrək çatışmazlığı, hipertoniya yoxdursa). Bundan əlavə, reabilitasiya üçün tənəffüs məşqləri etmək lazımdır. Fiziki fəaliyyətə isə tədricən başlanılmalıdır", - deyə mütəxəssis əlavə edib.
O, sözlərinin sonunda ürək və damarlarda əlavə stres yaratmamaq üçün isti hamam və saunalardan çəkinməyi tövsiyə edib. /oxu.az

Maraqlı       Tarix: 13 noyabr 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı. Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikl

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO. Mövsümi meyvələrin ucuzlaşması ilə bağlı məlumatlar var. Xüsusən də alça və çiyələyin qiymətində azalma müşahidə olunur. Məhsullara hər yerdə, üstəli

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu. BMT Baş Assambleyası 25 may tarixinin Ümumdünya Futbol Günü elan olunması barədə qətnamə qəbul edib. Bu barədə beynəlxalq təşkilatın Mətbuat Xidməti məlumat yayıb. Qey

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz? - HƏKİM MƏSLƏHƏTİ

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz? - HƏKİM MƏSLƏHƏTİ. "Boğazda qıcıqlanma və ya boğaz ağrısı varsa, duzlu, yağlı və ədviyyatlı yeməklərdən imtina etmək daha məsləhətlidir". Bunu rusiyalı otorinolarinqolo

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT. Avropada hər gün 10 min insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbi həddindən artıq duz istehlakıdır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatını

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI. Hipertoniya illər boyu aşkar edilmədən ürəyə və böyrəklərə zərər verə bilər. Bu barədə rusiyalı həkim Olqa Malinovskaya məlumat verib. Həkimin sözlərinə görə

Nirezo Official Azərbaycanın tanınmış endirim bloqu

Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosia


yeni xeberler azerbaycan xeberleri son xeberler bugünkü son xəbərlər maşın realiti şou son xeberler az hava durumu