COVID-19 ilə mübarizə aparan italiyalı tibb mütəxəssisləri Azərbaycana gəliblər - FOTO

COVID-19 ilə mübarizə aparan italiyalı tibb mütəxəssisləri Azərbaycana gəliblər - FOTO20:30
Prezident İlham Əliyevin Nazirlər Kabineti yanında Operativ Qərargaha göstərişinə uyğun olaraq, yeni növ koronavirusla mübarizə sahəsində çalışan daha bir qrup xarici mütəxəssis Azərbaycandadır.
Milli.Az Trend-ə istinadən bildirir ki, COVID-19 sahəsində çalışan 6 italiyalı tibb mütəxəssisi avqustun 3-də Azərbaycana gəlib. İtaliyalı mütəxəssislər COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətindəki tədbirlər çərçivəsində ölkəmizə gəliblər.
İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müavini Umberto Boeri jurnalistlərə müsahibəsində Azərbaycan və İtaliya arasındakı münasibətlərin inkişaf etdiyini bildirib: "Bu gün Mülki Müdafiə İdarəsinin tibbi heyəti Azərbaycanın COVID-19 epidemiyası ilə mübarizə səylərini dəstəkləmək məqsədilə Maliyyə Qvardiyası tərəfindən təşkil edilən xüsusi bir reyslə Bakıya gəldi. Komanda Piemonte, Toskana, Valle dAosta regionlarından və iyun ayından etibarən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə yüksək səviyyəli əməkdaşlıq proqramına başlamış və yoluxucu xəstəliklərin araşdırılmasında dünya səviyyəli bir mərkəz olan Roma "Lazzaro Spallanzani" Milli İnfeksiya Xəstəlikləri İnstitutundan gələn həkimlər və tibb bacıları daxil olmaqla altı nəfərdən ibarətdir.
Bizdə belə Atalar sözü var: "Əsil sadiq dost ağır gündə bilinir". İtaliya pandemiyanın ən ağır həftələrində Azərbaycan kimi dost ölkələrin göstərdiyi dəstəyi unutmur. Beynəlxalq həmrəyliyin dəyəri tariximizin və xalqımızın qan yaddaşının ayrılmaz bir hissədir. İtaliya ölkələrimiz arasındakı dostluğu əməli fəaliyyətlərlə bir daha təsdiqləyir".
İtaliyadan gələn həkim briqadasının əlaqələndiricisi, kardioloq Nikolo Tomazoni vurğulayıb ki, briqada pandemiyaya qarşı mübarizədə İtaliyanın təcrübəsini dost Azərbaycan ilə bölüşəcək. Vurğulayıb ki, italiyalı tibb işçiləri azərbaycanlı həmkarları ilə birgə COVID-19-a qarşı birgə mübarizə aparacaqlar.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, altı mütəxəssis təxminən iki həftə ərzində Azərbaycanda qalacaq və azərbaycanlı həmkarları ilə birlikdə COVID-19-a qarşı mübarizədə və onun qarşısının alınmasında məsləhət, kömək və təlim fəaliyyətlərini həyata keçirəcək, həmçinin yerli orqanlarla əməkdaşlıq edəcəklər. Səfər çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargah, Azərbaycanın Səhiyyə Nazirliyi və digər qurumlarla görüşlər keçiriləcək.
"Səfər müddətində xəstəliyin müalicə və profilaktikası istiqamətində bizim mövcud protokollarımız üzərində müzakirələr aparılacaq. Pandemiyanın gələcək proqnozu barədə onların düşüncələri, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən irəli sürülən proqnozlar bizim üçün maraqlıdır. Payızda xəstəliyin digər respirator xəstəliklərlə yanaşı getməsi ehtimalı var. Bununla bağlı bizim müəyyən hazırlığımız, protokollarımız var", - deyə İdarə Heyətinin sədri vurğulayıb.
Yerlərdə pandemiya ilə bağlı xüsusi rejimli xəstəxanaların da ayrıldığını söyləyən Ramin Bayramlı deyib: "Qonaqlarımız həmin xəstəxanalarda da olacaq və bizim mütəxəssislərimizin yerlərdə həyata keçirdiyi tədbirlər, xəstəxanalarımızın təchizatı, həkimlərimizin hazırlıq səviyyəsi ilə tanış olacaqlar. Eyni zamanda, təcrübə mübadiləsi aparılacaq. Düşünürük ki, italiyalı həmkarlarımızla birgə xüsusi rejimli xəstəxanalarımızda mütəxəssislərimiz üçün vebinarlar təşkil edək. Gündəlik fəaliyyətlə bağlı bizim mərkəzi təbii qərargahda da müzakirələr aparılacaq. Əminik ki, italiyalı mütəxəssislərin bu dəstəyi və bizimlə birgə çalışması COVID-19-la mübarizəyə mühüm töhfələr verəcək".
----------
17:31
İtaliyalı mütəxəssislər koronavirusla mübarizə çərçivəsində Azərbaycana gəlib.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
H.Hacıyev qeyd edib ki, italiyalı mütəxəssislər pandemiya ilə mübarizədə öz təcrübələrini azərbaycanlı həmkarları ilə bölüşəcəklər: "Azərbaycan mütəxəssisləri də bu sahədə qazandıqları təcrübələrini bölüşəcəklər".
Prezidentin köməkçisi əlavə edib ki, Çinin Uhan şəhərində fəaliyyət göstərmiş ekspert qrupunun da bu günlərdə Azərbaycana gəlməsi nəzərdə tutulur.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 05 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"

Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan"

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir


azerbaycan xeberleri son xeberler yeni xeberler hava proqnozu son.xeber sonxabar cəbhədən görüntülər