COVİD-19 insanların həyat tərzinə necə təsir edib? - Rəsmi Açıqlama

COVİD-19 insanların həyat tərzinə necə təsir edib? - Rəsmi AçıqlamaÖzünütəcrid rejimi insanların həm gündəlik həyat tərzlərini dəyişdi, həm də onların psixoloji qeyri-sabitliyini üzə çıxarıb.
Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin rəhbəri, tibb elmləri doktoru, professor Fuad İsmayılov COVID-19 pandemiyasının insanların psixoloji sağlamlığına təsiri məsələsinə münasibət bildirərkən deyib. O qeyd edib kli, COVID-19 pandemiyası insanların nəinki həyat və sağlamlığı üçün təhlükə yaradıb, hətta hər kəsi olduqca çətin psixoloji vəziyyətə salıb: "COVID-19 virusunun yaratdığı narahatlıq və qorxu milyonlarla insanın ruhi sağlamlığına mənfi təsir edib, pandemiya səbəbindən qarşılıqlı sosial əlaqələrin çatışmazlığı insan psixikasına dərin mənfi təsir göstərib. Belə vəziyyətdə əsas simptomlar sırasında sayıqlama əlaməti seçilir və hal-hazırda koronaviruslu xəstələrdə də tez-tez müşahidə edilməkdədir".
F. İsmayılov hal-hazırda rəhbərlik etdiyi mərkəzə psixoloji yardım üçün müraciət edən insanların sayının artmaqda olduğunu və müraciət edən xəstələrdə müxtəlif psixoloji və psixiatrik pozuntular müşahidə olunduğunu deyib: "Məsələn, kəskin stress reaksiyası və depressiya sindromlarından əziyyət çəkən xəstələr öz həyatlarını itirməkdən qorxur, özlərini "stres halında" saxlayır. Yoluxma qorxusu artdığına görə müraciət edənlərin arasında obsessiv - kompulsiv pozuntuların artması müşahidə olunur".
Professor panik ataklar və generalizə olunmuş təşviş pozuntuları, sosiallaşmanın az olması, ailədaxili münaqişələri, gələcəyin qarşısında qorxuları olan xəstələrdən də danışıb. O qeyd edib ki, bundan əlavə, posttravmatik stress pozuntularını yaşayan xəstələrın sayı da az deyil. Mərkəz rəhbərinin sözlərinbə görə, bu xəstəlikləri ən kəskin şəkildə keçirənlər COVID-19 yoluxmuş insanlar və yaxınlarıdır.
65 və yuxarı yaş qrupuna gəlincə isə F. İsmayılov deyib ki, onlarda da depressiya və tənhalıq hissi müşahidə olunub, çünki ciddi karantin rejimində özünü təcrid olunmuş hesab edib və yaxınları ilə görüşə bilməyib. Psixoloji sarsıntı keçirmiş ən böyük qrup isə həkimlər və tibb personalından ibarətdir. Çünki səhiyyə işçiləri streslərə daha az davamlıdır.
F. İsmayılov bildirib ki, Psixi Sağlamlıq Mərkəzində əhaliyə bütün pozuntularla bağlı ixtisaslaşmış ambulator müalicə: diaqnostik, psixiatrik, psixoloji və psixososial yardım göstərilir. Mərkəzin rəhbəri bu xidmətləri göstərmək üçün tibb müasissəsində 4 müxtəlif profil üzrə iş aparan şöbələr fəaliyyət göstərdiyi haqda danışıb: "Belə ki, Müalicə Konsultativ Şöbəsinin əsas funksiyası psixi xəstəliklərin diaqnostikası, müalicəsi və profilaktikasından ibarətdir. Bura həm üzvi mənşəli pozuntular, həm şizofreniya, həm şəxsiyyət pozuntuları ilə əlaqədar müraciətlər olunur. Təcili Psixoloji Yardım Şöbəsinə psixoloji problemlər, kəskin stress reaksiyaları, depressiyalar, posttravmatik stress pozuntuları (PTSP), təşviş pozuntuları, obsessiv-kompulsiv pozuntuları olan insanlar müraciət edir".
Psixi Sağlamlıq Mərkəzinin rəhbəri Psixososial Reabilitasiya Şöbəsin əsas iş profili psixi xəstəliklərdən əziyyət çəkən insanlara cəmiyyətdə sərbəst şəkildə fəaliyyət göstərməyə yardım etməkdən ibarətdir: "Azərbaycanda ilk dəfə tətbiq edilən psixososial reabilitasiya prosesinin ən vacib məqamlardan biri də terapiyaların 3 dildə keçirilməsidir: Azərbaycan, Rus və İngilis. Psixi Sağlamlıq Mərkəzinin Gündüz Stasionarı Şöbəsinin əsas iş istiqaməti gecə-gündüz müşahidəyə və müalicəyə ehtiyacı olmayan, lakin gündüz stasionar şəraitə yaxın müalicə-diaqnostika köməyinə ehtiyacı olan psixi pozuntulu şəxslərə yardım etməyə yönəldilib.
Mərkəzdə xüsusi qaynar xətt xidməti fəaliyyət göstərir. "İnam Telefonu" (012 566 50 61, 012 566 39 36) adlandırılan bu xidmət növü insanların həyatlarında çətinliklərə qalib gəlmək üçün ödənişsiz psixoloji yardım alması üçün yaradılıb. Hər gün bu qaynar xəttə çoxlu sayda zənglər daxil olur və mütəxəssislər tərəfindən qəbul olunur. Müraciət etmiş insanlara psixoloji yardım göstərilir, onlara baş verənlərə başqa prizmadan baxmaq üçün yollar göstərilir və ümumi psixiloji dəstək təqdim olunur".
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 16 sentyabr 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Ebola virusu yenidən alovlandı və sürətlə yayılır - XƏBƏRDARLIQ

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması nəticəsində 131 nəfər həyatını itirib, 513-dən çox şübhəli yoluxma halı qeydə alınıb. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. KDR hökumətinin sözçüsü bildiri

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"

Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan"

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo


son xeberler azerbaycan xeberleri yeni xeberler şou biznes xəbərləri xeberlər valyuta məzənnələri oxu.az xeberler