COVID-19 pasportu olmayan qonaqlar toydan kənarlaşdırıldı - FOTO
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində yerləşən üç şadlıq sarayında təşkil olunan toy məclisində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Azxeber.com-a verilən məlumata görə, keçirilən tədbirlərlə rayon ərazisində yerləşən "Ayşən" şadlıq sarayında baş tutan toy məclisində 18 nəfər, "Komfort" şadlıq sarayında isə 34 nəfər qonağın vaksinasiyadan keçməyərək iştirak etdikləri müəyyən edilib. Həmin şəxslərlə izahedici söhbətlər aparılıb və onlar məclislərdən uzaqlaşdırılıblar.
Keçirilən digər bir tədbir nəticəsində rayonun Fətəlikənd kəndi ərazisində yerləşən "Davud" şadlıq sarayında təşkil edilən toy mərasimi ilə bağlı məlumatları "icaze.e-gov.az" portalında qeydiyyatdan keçirilmədiyi aşkar edilib.
Yol verdiyi qayda pozuntusu ilə bağlı obyekt sahibi Aydın Quliyevlə profilaktik söhbətlər aparılıb və onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Saatlı Rayon Məhkəməsinə göndərilib.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR