COVID-19 və qorxu psixologiyasi.
COVID-19 ilə bağlı yeni məlumatlar getdikcə genişlənir və bəzi insanları narahat edir. Narahatlığınızı idarə etməyə, xəbərləri adekvat təhlil etməyə və müsbət bir əhval-ruhiyyəni qorumağa kömək edən bəzi tövsiyələr:
*İlk növbədə təşvişə düşməyin. Yetkin bir vəziyyətdə olun. Ekoloji təfəkkürünüzü işə salın, baş verənlərə mümkün qədər uyğunlaşın. Enerjinizi, resurslarınızı bizdən asılı olmayan sahələrə sərf etməyin. Daim qorxu və həyəcan hissinin keçirilməsi orqanizmdə həddindən artıq yorğunluğa səbəb olur. YADDA SAXLAYIN: koronavirusdan qorunmaq üçün vacib amillərdən biri də, insanın buna özünü psixoloji tərəfdən hazırlamasıdır.
*Ümumdünya Səhiyyə Təşkilatı qurumundan məlumatlarla tanış olun. Yalnız faktlara və təsdiq edilmiş informasiyalara etibar edin.
*Qərargahımızın bütün tövsiyələrinə ciddi əməl edilməlidir. Hər kəs nə qədər dövlət tərəfindən qoyulduğu qaydalara riayət edərsə, bir o qədər təhlükəsizlik olacaqdır.
Milli.Az dushunce.az-a istinadən bildirir ki, uşaqlarınızla ünsiyyət qurun. Koronavirusun xəbər yayımını yaşa uyğun məlumatlarla müzakirə edin. Valideynlər uşaqları gündəlik və cədvəllərə yönəltməklə sıxıntıları aradan qaldırmağa kömək edə bilərlər.
Unutmayın ki, uşaqlar bu müddət ərzində öz hisslərinizi necə idarə etməyinizə dair davranışlarınızı və duyğularınızı müşahidə edəcəklər. Təlaşlı davranışlar azyaşlı uşaqları qorxuda bilər və gələcəkdə travmalara səbəb ola bilər.
*Mütəxəssisdən kömək ala bilərsiniz. Həddindən artıq bir əsəbilik, uzanan kədər, iş fəaliyyətinə və ya insanlararası münasibətlərə mənfi təsir göstərən digər uzunmüddətli reaksiyalar hiss edən insanlar psixoloq və psixoterapevtlərlə məsləhətləşə bilərlər.
Milli.Az /news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ