COVID-dən sonra qızılca: Qorxunc virus gəlir

COVID-dən sonra qızılca: Qorxunc virus gəlirAzərbaycanda qızılcaya yoluxma halları sürətlə artır. Bir neçə gün əvvəl Səhiyyə Nazirliyi yoluxmanın bir neçə rayonla məhdudlaşdığını açıqlamışdı. Lakin artıq xəstəliyin coğrafiyası genişlənir. Bu gün Kürdəmirdə qızılca diaqnozu ilə xəstəxanaya gətirilən azyaşlının dünyasını dəyişdiyi məlum olub. Daha sonra Cəlilabadda 10 tələbinin qızılca xəstəsi olduğu üzə çıxıb.
KONKRET.az xəbər verir ki, Yenisabah.az-a açıqlamasında infeksionist-hepatoloq Mərdan Əliyev qızılcanın təhlükəli xəstəlik olduğunu bildirib:
"O, əsasən, immun sisteminə təsir göstərir. İmmun sisteminə təsir zamanı yaddaş hüceyrələri sıradan çıxır. Nəticədə orqanizm digər xəstəliklərə qarşı həssas olur.
Qızılcanın pnevmoniya, ensefalit kimi ağırlaşmaları mövcuddur. Bir qayda olaraq, uşaqlar arasında yayılan xəstəlik olduğu üçün buna qızılcaya qarşı azyaşlılar daha həssas olur. Amma böyüklərin də bu virusa yoluxması mümkündür. 20 yaşdan yuxarı şəxslərdə və çox körpələrdə qızılca ağır və təhlükəli keçə bilər".
M. Əliyevin sözlərinə görə, xəstəlik müddətində mayenin çox qəbul edilməsi vacibdir:
"Bu proses ilk olaraq üz nahiyəsində səpkilər və qızdırma ilə özünü büruzə verir. Daha sonrakı müddətdə səpkilər sinə, qollar və aşağı ətraflara yayılır. Yoluxan şəxslər əsasən ev şəraitində müalicə olunurlar. Bu zaman çoxlu maye qəbul etmək, soyuq havadan uzaq olmaq, istirahət rejiminə keçid etmək tövsiyə olunur. Qızılcaya yoluxan uşaqların yeməyinə diqqət yetirilməlidir. Meyvə, tərəvəz, yüngül sulu yeməklər qəbul etmək daha məqsədəuyğundur. Lakin iştaha yoxdursa, uşağı məcburi qaydada yedirtmək tövsiyə olunmur".
Həkim-infeksionist bu halların qarşını almaq üçün uşaqları vaxtında peyvənd etdirməyin zəruriliyindən də söz açıb:
"Bir neçə müddət ölkəmizdə qızılca xəstəliyinə yoluxma halları qeyd olunmasa da, hazırda bu virus əhali arasında kütləvi hal alıb. Qızılcaya yoluxma sayı artmaqda davam edir. Əsasən azyaşlılar arasında yayılan bu xəstəliyin və ağırlaşma hallarının səbəbi peyvənddən yayınmadır. Uşaqlar üçün anadan olduqdan 3-6 yaş aralığında rutin peyvəndlər nəzərdə tutulub. Bunlar onu təkcə qızılcadan yox, digər təhlükəli xəstəliklərdən də qoruyur. Peyvəndlərin vaxtında olunmaması, uşaqların vaksinasiyadan yayındırılması azyaşlıları sözügedən xəstəliklərə qarşı müdafiəsiz edir. Buna görə də mütləq şəkildə uşaqları gecikdirmədən peyvənd etdirmək vacibdir".

Sağlamlıq       Tarix: 23 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ

"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər". -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionis

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah


azerbaycan xeberleri son xeberler yeni xeberler ən son xəbərlər bugün son xəbər son xeberler az sosial yardim