Çoxdan gözlənilən "Avatar-2"nin tam treyleri yayımlanıb - VİDEO
Çoxdan gözlənilən "Avatar-2"nin tam treyleri yayımlanıb - VİDEO
"Avatar"ın çoxdan gözlənilən davamının yeni treyleri yayımlanıb. Rejissorun Ceyms Kameronun sözlərinə görə, "Su Yolu" əvvəlki hissə kimi emosional, lakin daha genişmiqyaslıdır.
Hadisələr ilk filmdəkilərdən 10 illər sonra baş verir. Hekayəyə görə, əsgər Ceyk Salli avatara çevrildikdən sonra Navi xalqının lideri olur və yeni dostlarını Yerdən gələn muzdlu iş adamlarından qorumaq missiyasını üzərinə götürür.
Baş rolları Sem Uortington, Zoi Saldana, Stiven Leng, Covanni Ribizi, Coel David Mur və Keyt Uinslet oynayır.
"Avatar: Su Yolu" bu il dekabrın 16-da bütün dünyada yayımlanacaq.
Qeyd edək ki, elmi-fantastik filmin ilk hissəsi 2009-cu ildə nümayiş olunub. Film insanların və Navi adlı yadplanetlilərin qarşılıqlı əlaqələri, Navi aləminə xətərli müdaxilə barədədir. Üç "Oskar" və bir "Qızıl Qlobus" mükafatını almış "Avatar" dünyanın ən gəlirli filmi olub.
Məlumata görə, üçüncü, dördüncü və beşinci hissə müvafiq olaraq 2024, 2026 və 2028-ci illər üçün planlaşdırılıb.
Qeyd edək ki, "Avatar-2" filmi Cinema Plus kinoteatr şəbəkəsində dekabrın 15-dən etibarən nümayiş olunacaq.

Mənbə: Smotrim.ru / oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR